Deputat məmurları TƏNQİD ETDİ
Qənirə Paşayeva: “Üslublarını dəyişməsələr adlarını çəkəcəyəm”
Parlamentin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib.
Versus.Az xəbər verir ki, millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda daşmasına qarşı çıxırlar.
“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.
Deputat qeyd edib ki, vətəndaşlar bəzi məmurların qəbuluna girə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adları açıqlanacaq.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”