Rusiya səhiyyə nazirindən Bakıdakı universitetə simvolik hədiyyə
“İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində birinci məzun mərasiminin keçirilməsi unikal hadisədir. İnsan həyatının mahiyyətini anlayan və xilasına yönələn tədbirləri mənimsəyən məzunları təbrik edirəm”.
Versus.Az xəbər verir ki, bu sözləri bu gün keçirilən tədbirdə Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
O, universitetin fəaliyyəti ilə bağlı Azərbaycan prezidentinə təşəkkür edib:
“Mənə elə gəlir ki, səhiyyə sahəsində fundamental biliklər məhz güclü təhsildən gəlir. Məzunların 20 faizi təhsilini qırmızı diplomla bitirir, bu, məni çox sevindirir. Məzunların hər birinin gələcəkdə müəllimlərindən aldıqları təhsilə layiq həkim olmalarını arzu edirəm. Gələcəkdə hər birinin layiqli professor, peşəkar həkim olmasını diləyirəm”.
Universitetin Bakı filialına uğurlar arzu edən Rusiyanın səhiyyə naziri bildirib ki, gələcəkdə bu təhsil müəssisəsi daha böyük uğurlar qazanacaq.
Nazir sonda İ.M.Seçenov universitetinə Rusiyanın Səhiyyə Nazirliyi adından simvolik hədiyyə təqdim edib.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"