Eyni anda 14 ali məktəbə qəbul oldu

15:39 13-07-2021 | icon 1294 | Təhsil
Eyni anda 14 ali məktəbə qəbul oldu

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Azərbaycan üzrə rekord göstəriciyə imza atıb.

 

Kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14 universitetə qəbul olub. O, müraciət etdiyi ABŞ-ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.

 

Təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. 

 

Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də, artıq bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib.

 

Z.Ağayevin seçimi ABŞ-ın Konnektikut Universiteti (University of Connecticut) olub.

 

Qeyd edək ki, Z.Ağayev 2016-cı ildə DİM-in qəbul imtahanından 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali məktəbi 91.09 ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ