Magistraturanın boş qalan yerlərinə qəbul ELANI

10:46 05-08-2021 | icon 674 | Təhsil
Magistraturanın boş qalan yerlərinə qəbul ELANI

2021-ci il avqustun 5-dən 11-dək 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edir.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, boş qalan yerlərə qəbul 28 fevral və 26 may 2021-ci il tarixlərində keçi­rilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

 

Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

 

Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 11 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

 

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

 

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub). 

 

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının altıncı sayında dərc olunub.

 

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının altıncıcı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

ALDP-dən BƏYANAT

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Ermənilər etiraf etdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

QAZİ ŞİKAYƏTİ: “Xahiş edirəm, bu insanlar haqqında bir tədbir görülsün”

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı