“Daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq”
Emin Əmrullayev: "Hansısa təhsil müəssisəsində müəyyən yoluxmalar qaçılmazdır"
“Azərbaycanda pandemiya bitməyib. Vaksinasiya prosesi sürətləndikcə vəziyyət yaxşıya doğru dəyişməlidir”.
Versus.Az xəbər verir ki, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, hansısa təhsil müəssisəsində müəyyən yoluxmalar qaçılmazdır:
“Bu zaman ayrı-ayrı məktəblər üzərindən həmin yerə uyğun qərarlar veriləcək. Məsələn, bir şagird 13 nəfərlə ünsiyyətdə olursa, daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq, nəinki bütün məktəbin bağlanmasının”.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"