Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT
“Ötən tədris ilində ölkəmizdə 89 ölkədən 6600 xaricdən gələn tələbə təhsil alır”.
Versus.Az xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə sərhədləri 42 ölkəyə açıqdır, yəni həmin ölkənin vətəndaşları Azərbaycana gələ bilərlər:
“Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri hansı ölkələrə açıq deyilsə, yəni 42 ölkəyə aid deyilsə, bununla bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki bunların bir çoxu praktiki məşğələlərdir, məsələn, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmigşik”.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"