Ənənəvi tədris DAYANDIRILDI
Gimnaziyada şagird və müəllimlər koronavirusa yoluxub
Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsilin distant formada davam etdirilməsinə qərar verilib.
Belə ki, gimnaziyada tədris bu gündən etibarən 14 gün müddətinə məsafədən təşkil ediləcək.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"