Bu orta məktəbdə tikinti işləri yekunlaşır
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin tikinti işləri yekunlaşmaq üzrədir.
Versus.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan tikinti işləri ilə bir daha yerində tanış olub.
Məktəbdə müasir invertarlarla təhciz ediləcək 38 ədəd dərs otaqları ilə yanaşı, 2 ədəd kimya, 2 ədəd biologiya labaratoriyaları, geniş idman, akt və yeməkxana zalları, direktor və müəllim kabinetləri, müasir istilik təhcizatı sistemi, 50 tonluq su anbarı, hər bir mərtəbədə müəllim və şagirdlər üçün ayrıca iki kameralı sanitar qovşaqları inşa edilib.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"