Özəl kurslar tənqid edildi
“Bu gün kifayət qədər kurslar sınaq imtahanları aparırlar. Amma biz o imtahanların nəticələrinə cavabdeh deyilik”.
Versus.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, kursların təşkil etdiyi imtahanların nəticələri real biliyi əks etdirmir:
“DİM tərəfindən açıq sualları imtahanlara təklif edirik, onun nəticələrini də ekspertlərimiz təhlil edir. Amma özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.
O qeyd edib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"