ÜST-dən məktəblərin bağlanmasına reaksiya

09:45 30-10-2021 | icon 637 | Təhsil
ÜST-dən məktəblərin bağlanmasına reaksiya

"Elm siyasətdən üstün olmalıdır"

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu bütün qitədəki səlahiyyətliləri COVID-19-un yayılmasına qarşı profilaktik və məhdudlaşdırıcı tədbirlər görərkən məktəbləri bağlamamağa çağırır.

 

Qeyd edilir ki, ardıcıl dörd həftə ərzində Avropada - yeganə ÜST regionu - koronavirus infeksiyasının (oktyabrın üçüncü həftəsində qlobal miqyasda bütün yeni yoluxma hallarının 57 %-i) ötürülməsində artım müşahidə edib.

 

“Keçən həftə qışın yaxınlaşması ilə Avropa regionu ölkələrinin yarıdan çoxu bütün yaş qruplarında COVID-19-a yoluxma nisbətlərinin nəzərəçarpacaq dərəcədə artdığını bildirdi”, - deyə hesabatda qeyd edilir. Bu fonda 45 ölkə və ərazi məktəbləri ənənəvi təhsil üçün açıq saxlamağı tövsiyə edir, yeddi ölkə məktəblərin tam və ya qismən bağlanmasına, iki ölkə isə distant təhsilə üstünlük verir.

 

Vurğulanır ki, uşaqların təhsilində fasilə son çarə olmalıdır:

“Keçən il milyonlarla uşaq və yeniyetmənin təhsilini yarımçıq qoyan məktəblərin geniş şəkildə bağlanması, xüsusən də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurdu. Biz eyni səhvləri təkrarlaya bilmərik”.

 

ÜST məktəbləri bağlamaq əvəzinə, fiziki məsafə, əllərin tez-tez yuyulması, maskaların taxılması, sinif otaqlarının ventilyasiyası və xüsusən də yüksək yayılma şəraitində testlərin artırılması da daxil olmaqla geniş spektrli tədbirləri tövsiyə edir:

“Önümüzdəki aylarda COVID-19-un təsirini azaltmaq üçün həm hökumətlərin, həm də ictimaiyyətin qərarlarının epidemioloji vəziyyətin dəyişə biləcəyini və onunla birlikdə davranışımızın da dəyişməli olduğunu əsas götürərək, məlumat və sübutlara əsaslanması çox vacibdir. Elm siyasətdən üstün olmalı, xüsusən də bir neçə ölkədə yoluxma hallarının artdığı bir vaxtda uşaqların uzunmüddətli maraqları prioritet olaraq qalmalıdır. Bizim bu problemi həll etmək üçün məktəbləri bağlamaqdan daha effektli vasitələrimiz var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ