O, tələbələrin hamisidır

10:59 05-11-2021 | icon 730 | Təhsil
O, tələbələrin hamisidır

Mərhəmətli, insanlara, xüsusən tələbələrə qayğı göstərmək prinsipi

 

 

 

FÜZULİ KƏRİMOV
/Vətəndaş Cəmiyyət Naminə Marifləndirmə İctimayi Birliyinin Sədri/

 

Araşdırmalarımıza görə Respublikada geden ictimai siyasi proseslərdən biri kadrların seçilməsi, onların təyinatı ilə bağlıdır. Çünki kadr hər şey deməkdir. Yaxşı kadr ləyaqət deməkdir, əxlaq deməkdir, vicdan və mərhəmət deməkdir. Yaxşı kadr, özündə milli-mənəvi dəyərləri birləşdirən güc deməkdir. Bütün bunlardan sonra ulu öndər demiş - “Onda, ədalətə imkan verin qoyun zəfər çalsın”...

 

Belə bir cəsarətli addım, hələ neçə il bundan öncə Azərbaycan Texniki Universitetində atıldı. Bu seçim ölkənin təhsil sistemində ən şərəfli və uğurlu seçim idi. 2019-cu ildə Vilayət Vəliyev Prezidentin sərəncamı ilə Texniki Universitetə rektor təyin olundu.

 

Vilayət Vəliyev Məmməd oğlu 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakültəsini bitirib, 1983-cü ildən AMEA-nın Dərin Neft və Qaz yataqlarının problemləri İnstutunda kiçik elmi işçidən, şöbə müdiri vəzifəsinə yüksəlib. 1999-cu ildə ABŞ-ın Oklahoma Universitetdə “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb, 2007-ci ildə doktorluq müdafiə edib, 2013-cü ildə professor, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2000-ci ilin əvvəllərindən etibarən, Dünya Bankı (DB ingWord Bank), Avropa yenidənqurma və inkişaf Bankı (AYİB European Bank for Reconstriction and Development, EBRD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr USAİD), Asiya İnkişaf Bankı (AİB ing Asiyan Devolopment Bank), Avropa Birliyi (inf European Unilon), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing Gız, Türk Əməkdaşlıq və Koordinsiya Agentliyi TİKA)  İqtisadı Əməkdaşlıq Təşkilatı (İƏT, ing Üconomic Coopera tion Organization) və digər Beynəlxalq Təşkilatların həyata keçirdikləri layihələrdə, koordinator və ya layihə rəhbəri kimi fəaliyyat göstərib. 2009-2019-cu illərdə Respublika İqtisadiyyat Nazirliyi iqtisadi islahatlar Elmi Tədqiqat İnstitunun direktoru vəzifəsində çalışıb. Vilayət Vəliyev Rektor təyinatına qədər özünü elmin ən yüksək pillərində təsdiq edib. Onun səsi və imzası artıq ölkə hüdudlarını keçib. Adı və ünvanı dünyanın ən məşhur elm xadimlərinin çərçivəsində çəkilirdi. Onun on il öncə Amerikanın tanınmış iqtisadçı alimləri ilə birgə apardığı elmi araşdırmalarının tədqiqatlarının nəticəsi olaraq, ABŞ-ın Oklahoma Universitetində keçdiyi yollarla bağlı geniş məlumatlar var. Vilayət müəllim zəhmətkeş, elmin, kitabın təhsilin qədrini bilən bir ailədə dünyaya göz açıb.

 

Azərbaycanın məşhur yazıçısı akademik Mirzə İbrahimov yazırdı: - “Əxlaqlı müəllimə mənim aləmimdə ən yüksək iş, vəzifə tapşırmaq olar. Çünki əxlaq mənəvi dəyərlərimizin anasıdır”...

 

Fikrimcə professor, əməkdar elm xadimi Vilayet Vəliyevin həyat yolunda “mərhəmətli olmaq, insanlara, xüsusən tələbələrə qayğı göstərmək” prinsipi hamının diqqətini cəlb edir. Müşahidələrim, Universitetin müəllim və tələbələri ilə söhbətlərim təsdiq edir ki, böyük işlər aparılır, elmə, tədrisə yanaşma kökündən dəyişdirilərək və daha innovativ idarəçilik tədbiq edilir. Məndə olan məlumata görə, bəzi rektorlar kimi qəbuluna düşmək üçün nağıllarda olduğu kimi 40 qapıdan keçməli olduğu halda, Vilayət müəllimin qəbuluna düşmək hava və su kimi asandır. Son nöqtəni qoymaq üçün qeyd etmək istiyirəm ki, Vilayət müəllim tələbənin hamisidır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ