“Qələbənin bizə verdiyi imkanlardan istifadə etməliyik”

12:44 05-11-2021 | icon 634 | Təhsil
“Qələbənin bizə verdiyi imkanlardan istifadə etməliyik”

Hafiz Paşayev: "Bu müharibənin uğurunda ideoloji fədakarlıq göstərilir"

 

“Bir il bundan əvvəl başlayan müharibə 44 gündən sonra qələbə ilə yekunlaşdı. Bu yolda çox əziyyətlər oldu. Azərbaycan xalqı 30 illik suallara nəhayət cavab verdi”.

 

Versus.Az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, bu müharibənin uğurunda ideoloji fədakarlıq göstərilir:

“Ulu öndər Heydər Əliyev hər dəfə ABŞ-a gedəndə konqresdə və digər konfranslarda başa salmağa çalışırdı ki, Qarabağ haradadır və problemlərin səbəbi nədir. Hər dəfə qarşılaşdığı suallara təəccüb edirdi. Təbii ki, bu, çox əziyyət verən məqamlar idi. Hamımız bu prosesdən keçmişdik. Qələbənin bizə verdiyi imkanlardan istifadə etməliyik”.

 

H.Paşayev səfər zamanı dəhşətli mənzərəni gördüyünü deyib:

“Gərək daim sülhün üzərində çalışaq. Çünki bu qələbə asan formada əldə edilməyib. Gənc nəsil tarixi yaxşı bilmədiyinə görə başımıza belə bəlalar gəlmişdi. Təəssüf ki, Qarabağa sovet dövründə o qədər də diqqət yetirilməyib. Lakin bu gün başqa zaman və şəraitdir. Gələcəkdə tələbələrin, məzunların rolu həqiqətlərin dünya ictimaiyyətinə dəqiqliyi ilə çatdırılması olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ