Xaricdə təhsil sənədi necə leqallaşdırılır? – VACİB
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xaricdə təhsil alanların ixtisaslarının tanınması və sənədlərin təsdiqlənməsi ilə bağlı təyin etdiyi qaydalara əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənədlər (diplom və transkript), verildiyi ölkədə bir qayda olaraq leqallaşdırılmalıdır.
Tanınma üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş diplomlar və transkriptlər “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.
Versus.az AzEdu.az-a istinadən xəbər verir ki, Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkriptii imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində diplom və transkripti imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin (ali təhsil müəssisəsinin) adı qeyd olunmalıdır.
Kovensiyaya qoşulmayan xarici ölkələrdə alınan ali təhsil sənədləri, sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına zərurət yoxdur.
Versus.az
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"