Region universitetlərinin tələbə və müəllimləri üçün TƏLİM

12:19 09-12-2021 | icon 457 | Təhsil
Region universitetlərinin tələbə və müəllimləri üçün TƏLİM

Hər il ADA Universiteti ABŞ-nın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən“Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin başlıca məqsədi Azərbaycan Universitetləri və araşdırmaçılarının tədqiqat profilini genişləndirmək,  ölkə üzrə tədqiqat şəbəkəsini qurmaq və onun inkişafına dayaq verməkdir. 

 

Versus.az xəbər verir ki, layihənin fəaliyyət istiqamətlərindən biri regionlarda yerləşən  elmi mərkəzlərin, ali təhsil müəssissələrinin elmi potensialını təkmilləşdirilmək və  dəstəkləməkdən ibarərtdir.

 

Bu məqsədlə, ADA Universiteti sosial və humanitar sahələrdən olan gənc müəllimlər, müstəqil tədqiqatçılar, doktorantura və magistratura pillələrində çalışan tələbələr, dissertantlar üçün 10 həftəlik tədqiqat yönümlü onlayn təlim proqramını təklif edir.  Təlim proqramı “Tədqiqat Metodları” (25 saat) və “ Akademik Yazı” (25 saat) kursundan ibarətdir.  Proqram  ADA Universitetin aparıcı professor-müəllim heyəti tərəfindən keçirilir və qruplar üzrə həm ingilis həm də  azərbaycan dillərində tədris olunur.

 

Proqram iştirakçıları kursun bütün tələblərinə riayət etməli və tapşırıqların hamısını yerinə yetirməlidirlər. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunurlar.

 

Adıgedən təlim proqramında onlayn olaraq iştirak etmiş AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər regional dövlət təşkilatlarının iştirakçılar ilə seminar və sertifikatların təqdimat görüşü təşkil olundu. Görüş ADA Universiteti və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə GDU-nun V tədris binasında baş tutdu. Görüşün əsas qonaqları Saida Nəbiyeva, (ADA Universitetinin  Təhsilin İdarə edilməsi fakültəsinin Proqram  direktoru) və Dr. Anar Vəliyev, (ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı)  idilər. 

 

Seminarda GDU-nu təmsil edən Dosent Əjdər Əsgərov (Xarici dillər fakültəsinin dekanı) qonaqları və iştirakçıları salamlayaraq seminarın işində müvəffəqiyyət arzuladı. Daha sonra qonaqlar iştirakçıları salamladı və sertifikatları təqdim etmə mərasiminə keçildi. Sevindirici haldır ki, GDU-nun 9 əməkdaşına bu sertifikatlar təqdim edildi.

 

Seminarda daha sonra Saida Nəbiyevanın “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” və Dr. Anar Vəliyevin “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” mövzusunda təqdimatları dinlənildi. Seminar maraqlı sual cavablarda daxil olmaqla diskusiya şəklində yekunlaşdı. Daha sonra seminar iştirakçıları və təşkilatçılar xatirə şəkili çəkdirdilər.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ