Sərdar Cəlaloğludan hakimiyyətə “5-ci kolon”la bağlı CAĞIRIŞ

12:22 11-01-2022 | icon 593 | Siyasət
Sərdar Cəlaloğludan hakimiyyətə “5-ci kolon”la bağlı CAĞIRIŞ

“Qazaxıstanın Rusiya tərəfindən işğal edilməsinə qarşı kəskin mövqe orta qoymalıdır, əks halda...”

 

ADP dünya ictimaiyyətini Qazaxstanın Rusiya tərəfindən işğal edilməsinə qarşı kəskin mövqe orta qoymağa çağırır.

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

 

S.Cəlaloğlu bəyan edib ki, 2022-ci ilin ilk günlərində sosial tələblərlə başlanan Qazaxstan hadisələrini rus kəşfiyyat orqanları həyata keçirib. Onun sözlərinə görə, bu hadisə təkcə Qazaxstana deyil, ilkin mərhələdə digər Orta Asiya Türk dövlətlərinə, Pribaltikaya, Şərqi Avropaya, həmçinin dünyada sülhə, əmən-amanlığa və təhlükəsizliyə böyük təhdiddir:

 

“Bütün dünya ictimaiyyəti Qazaxstanın Rusiya tərəfindən işğal edilməsinə qarşı kəskin mövqe orta qoymalıdır. Əks halda Rusiyanın indiki işğalçı siyasəti çox ciddi və ağır geopolitik nəticələrə gətirib çıxara biləcək. Rusiyanın atdığı bu addımlar beynəlxalq cinayətdir. Qazaxstanın hazırkı prezidenti Qasım Comərd Tokayevin ölkə Konstitusiyasına və Qazaxstanın da üzv olduğu KTMT-nin Nizamnaməsinə zidd olaraq ölkəsinə xarici dövlətlərin hərbi qoşun növlərini dəvət etməsi onun Rusiya agenti olduğunu, Qazaxstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaratdığını göstərir”.

 

S.Cəlaloğlu bildirib ki, Qazaxstan hadisələrinin mövcud nəticələri onu göstərir ki, Rusiya postsovet məkanında korrupsioner rejimləri,“5-ci kolon”u saxlamaqla lazım gəldikdə onlardan həmin ölkələri işğal etmək üçün istifadə edir:

 

“ADP Azərbaycan xalqını bu tipli təxribatlara uymamağa, Azərbaycan hakimiyyətini isə vaxt itirmədən ciddi və real siyasi və iqtisadi islahatlar həyata keçirməyə, hakimiyyətdə olan “5-ci kolon”u təmizləməyə çağırıb. Əks Rusiyanın eyni ssenari ilə Azərbaycana müdaxiləsi qaçılmazdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada