Dirçəliş və Tərəqqi Partiyası yeni rəhbərlə DİRÇƏLƏCƏK

19:33 11-01-2022 | icon 676 | Siyasət
Dirçəliş və Tərəqqi Partiyası yeni rəhbərlə DİRÇƏLƏCƏK

Yeni rəhbərliklə yenilənmiş partiya QURULTAYA HAZIRLAŞIR

 

Xəbər verildiyi kimi, Azərbaycanda yeni və köhnədən qalan iki partiya birləşib. Təbii ki, bu birləşmədə yeni yaranan partiya özünü dondurub, köhnə partiyanın adı altında fəaliyyət göstərəcək. Əsas şərt kimi köhnə partiyanın uzun müddət qeydiyyatda olması götürülür. Beləki hələ ki, qeydiyyata alınmayan Yeni Yol Partiyası Ramil Hüseynovun öz təşəbbüsü ilə siyasi təşkilat olaraq Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası adı altında fəaliyyətlərini davam edəcək. Qeyd edək ki, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Bir sözlə, Dirçəliş və Tərəqqi Partiyası özünə yeni rəhbəri, "Yeni Yol"u seçib... 

 

Bu barədə Versus.az-a YYP-nın təşkilat komitəsinin sədri Ramil Hüseynov məlumat verib. Partiya sədri siyasi təşkilatların struktur olaraq, yaranan birliyini istər hər iki partiyanın ideyalarının həyata keçirilməsi, eləcə də üzvlərinin siyasi aktivliyinin artırılması baxımından səmərəli və əhəmiyyətli hesab edib.   

 

Partiya sədrinin məlumatına görə, artıq Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Ramil Hüseynov özü seçilib. O, bildirib ki, Dirçəliş və Tərəqqi Partiyasının növbəti qurultayı yanvarın 22-də keçiriləcək:

 

“Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnamisinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.

 

O ki, qaldı Dirçəliş və Tərəqqi Partiyasının köhnə sədr və üzvlərinin yeniləşən partiyada hansı postları tutacaqlarına, R.Hüseynov partiyanın qurultayında bu kimi məsələlərə də aydınlıq gətiriləcəyini deyib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada