“ALDP 20 ildir bu təşəbbüslə çıxış edir"

08:51 13-01-2022 | icon 587 | Siyasət
“ALDP 20 ildir bu təşəbbüslə çıxış edir"

Dinarə Məmmədova: "Bununla bağlı qanun layihəmizi Prezident Administrasiyasına və Parlamentə təqdim etmişik"

 

Mərkəzi Seçki Komissiyasında (MSK) artıq seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Bir neçə ay öncə Hesablama Palatası da MSK-da maliyyə yoxlamalarına başlayb. Bu hazırlıqlar nə ilə bağlıdır?Referendum, yoxsa boş deputat yerlərinə təkrar seçkilər keçiriləcək?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib ki, vahid seçicilərin siyahıya alınması prosesi sırf Seçki Məcəlləsinin tələbidir və bu, hər dəfə ilin əvvəlində həyata keçirilir.

 

Onun sözlərinə görə, qalan dairələrdə seçkilərin və ya referendumun keçiriləcəyi barədə indidən dəqiq fikir söyləmək olmaz, bunun qərarını Dövlət başçısı verir: 

 

“ALDP 20 ildir parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir. Bununla  bağlı qanun layihəsi hazırlayaraq Prezident Administrasiyasına və parlamentə təqdim edib. Proporsional seçki sisteminin olmaması Azərbaycanda siyasi partiyaların fəaliyyətinə ciddi təsir edir. Digər prtiyaların mövqeyini görürük, onlar da proporsional seçki sisteminin olmasının vacibliyini bildirirlər. Bu məsələ referendumda öz həllini tapmalıdır. Ölkədə referendum keçirərək bu sistemi bərpa etmək olar”.

 

Hesablama Palatasının MSK-da maliyyə yoxlamalarına başlanması məsələsinə gəlincə, Dinarə Məmmədova bildirdi ki, bu yoxlamaların hər il aparılması da qanunidir:

 

“O ki, qaldı boş qalan deputat yerlərinə təkrar seçkilərdə iştrak edib-etməməyimizə, bu barədə təkrar seçki elan edilən zaman qərar verəcəyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada