“Minsk Qrupunun missiyası sona yetib”
Fikrət Sadıqov: "Bunu etsələr, biabırçı ləkəni bəlkə öz üzərlərindən silə bildilər”
“Təcrübə onu göstərir ki, Minsk Qrupunun fəaliyyətsizliyi məqsədyönlü idi. Minsk Qrupu məqsədli şəkildə Ermənistanı dəstəkləyidi”
Versus.az xəbər verir ki, bunu politoloq Firkət Sadıqov prezident İlham Əliyevin Azərbaycan mediasına müsahibəsi zamanı ATƏT-in Minsk Qrupunun hazırki və gələcək fəaliyyəti ilə bağlı suallara cavab verərkən toxunduğu məqamlara diqqət çəkərkən bildirib.
Politoloq hesab edir ki, Minsk Qrupu tərəfindən Ermənistanı dəstəkləyərək müxtəlif bəhanələr, təkliflər irəli sürülürdü. Amma bu təkliflərin arxasında sadəcə olaraq “Dağlıq Qarabağ qurumu- respublikasını” qurmaq, yaratmaq məqsədi dururdu:
“Hər halda, onlara ATƏT tərəfindən verilən mandata görə, bunlar bu münaqişəni həll etməli idilər. Bu münaqişəni həll etmək üçün əllərindən gələni etməliydilər, amma etmədilər. Əslində bütün fəaliyyətləri ona yönəlmişdi ki, məsələ açılmış vəziyyətdə qalsın. Biz onu da bilməliyik ki, Minsk Qrupu üç dövlətdən ibarət bir qurum deyil. Orda 12 dövlətdir vaxtilə bu qrupu təşkil edən. Bu üç dövlət sadəcə olaraq həmsədrlərdir”.
Politoloq hazırda Rusiya, ABŞ və Avropa İttifaqı arasında yaranmış böyük ziddiyytələrə də diqqət çəkiv. Bildirib ki, Ukraynayla bağlı son hadisələr də bu ziddiyyəti tam təsdiqləyir:
“Mən düşünürəm ki, onların missiyası sona yetib. Bunlar regionda nələrləsə məşğul olmaq istəyirlərsə, onda ilk növbədə yeni təkliflərini versinlər. Biz baxmalıyıq görək, onların gündəliyində hansı məsələlər durur, nəyə kömək edə bilərlər, post-münaqişə dövründə nə isə edə bilərlər? Bax, budur əsas məsələ. Yəni əgər real nəynənsə məşğul olmaq, kömək etmək istəyirlərsə, Soçi, Moskva, Brüssel görüşlərdən və bu görüşlərdə qəbul olunan qərarlardan sonra, delimitasiya, demorkasiya məsələsinin həllində, yaxud sülh müqaviləsinin bağlanmasında köməklik etsinlər. Bunu etsələr 30 il ərzində qazandıqları biabırçı ləkəni bəlkə öz üzərlərindən silə bildilər”. /hafta.az/
T.Qafarlı
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”