“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

15:53 15-01-2022 | icon 515 | Siyasət
“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Elxan Şahinoğlu: "Deməli, Minsk Qrupu bizə lazım olmayan qurumdur"

 

Prezident növbəti dəfə ona işarə etdi ki,  Minsk Qrupunun fəaliyyəti artıq Azərbaycan üçün əhəmiyyətsizdir. Çünki “status”dan başqa heç nəyi müzakirə etmək istəmirlər. “Status” məsələsi isə bizi maraqlandırmır. Faktiki olaraq bu bir ildə ATƏT-in Minsk Qrupu özünü heç nə ilə göstərməyib”

 

Bunu Versus.az-a “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Prezidentin yerli jurnalistlərə müsahibəsində ATƏT-in Minsk Qrupunun hazırki fəaliyyəti ilə bağlı fikirlərini şərh edərkən bildirib.

 

Prezident İlham Əliyev yanvarın 12-də Azərbaycan telekanallarına müsahibəsi zamanı ATƏT-in Minsk Qrupunun hazırki fəaliyyəti ilə bağlı açıqlamasında deyib ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub.

 

Prezdent deyib: -“Biz onların yerinə bu məsələni həll etdik. Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. ...Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər”.

 

E.Şahinoğlu Prezidentin fikirlərinə istinad edərək, Minsk Qrupunun ötən il bölgəyə yalnız bir dəfə nəticəsiz bir səfər etməsinə diqqət çəkib:

“Bizim üçün bu qrupun heç bir faydası yoxdur. 30 il keçirdilən mənasız görüşlər, mənasız səfərlərlə heç bir nəticə əldə olunmadısa, indi hansı nəticə olacaq. Bizim marağımızda olan odur ki, Ermənistanla sülh sazişi imzalansın, sərhədləri müəyyənləşdirək, kommunikasiya xətlərini açaq. Minsk Qrupunun bu istiqamətdə heç bir fəaliyyəti yoxdur.  Əgər belədirsə, deməli Minsk Qrupu bizə lazım olmayan qurumdur. Dövlət başçısı bunu nəzərdə tutur. Yox, Azərbaycanla Ermənistan arasında hər hansı məsələ ilə bağlı vasitəsi olarsa, bu başqa məsələdir. Amma Minsk Qrupu bizə lazım olan o işlərlə də məşğul olmaq istəmir”.

 

Politoloq Prezidentin fikirlərinə istinad edərək hesab edir ki, rəsmi Bakı Minsk Qrupu ilə işləmək istəmir:

“Bu, Minsk Qrupuna verilən bir işarədir ki, artıq Qarabağla bağlı bizi narahat etməsinlər.   Prezident son müsahibəsində həm də ona işarə etdi ki, Azərbaycan üç həmsədr dövlət arasında həm Fransadan narazıdır, həm də ABŞ-ın indiki admnistrasiyasından. Çünki ermənipərəst, haqsız mövqeləri davam edir.  Bu, həm də o deməkdir ki, Azərbaycan bu üç dövlətdən yalnız Rusiya ilə işləməyə hazırdır. Bölgədə həqiqətən də iki aparıcı dövlət var -Türkiyə və Rusiya. Qalanlarının Azərbaycana, Cənubi Qafqaza elə bir təsir imkanları yoxdur. Əgər Fransa və ABŞ ermənipərəst mövqeən çıxış edirsə, Azərbaycan nəyə görə bu dövlətlərlə həmsədr simasında işləməyə davam etməlidir”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada