Hafiz Hacıyevdən XƏBƏRDARLIQ
"Daha bir neçə məmuru da ifşa edəcəm"
"TƏBİB-ə rəhbər verilən, yəni Ramin Bayramlı ilə bağlı mənim əlimdə çox ciddi faktlar var idi. Bu faktları mən mətbauta verdiyim müsahibələrdə dedim. Həmin faktlar cənab prezidentə çatdı. Araşdırdılar, faktlar həqiqət olduğuna görə, o, vəzifəsindən azad olundu".
Versus.Az xəbər verir ki, bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev danışıb.
Partiya sədri vurğulayıb ki, gərək media və biz siyasətçilər qərəzli olmasınlar:
"Medianın da, biz siyasətçilərin də dediyimiz fikirlər həqiqət olmalıdır. Yalan danışmaq, olmayam məsələni qabartmaq da düzgün deyil. Mən dəfələrlə nazirlərin rüşvətxorluğu haqqında danışmışam. Danışdığım nazirlərin hamısı haqqında da tədbirlər görülüb. İndi bu nazirlərin əksəriyyəti vəzifəsindən azad olunub".
Hafiz Hacıyev yaxın zamanlarda daha bir neçə məmur haqqında faktlarla çıxış edəcəyini, onların əməllərini ifşa edəcəyini bildirib.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”