"Təkrar seçkilərə o zaman qatılacağıq ki..."

14:18 18-01-2022 | icon 407 | Siyasət
"Təkrar seçkilərə o zaman qatılacağıq ki..."

Könül İsmayılova: "Demokratik seçki mühiti, proporsional seçki sisteminin bərpası vacib şərtdir"

 

Son vaxtlar bu il referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçirilməsi məsələsi geniş müzakirə olunmaqdadır.

 

Versus.Az xəbər verir ki, məsələyə Müasir Müsavat Partiyasından (MMP) da münasibət bildirilib.

 

Belə ki, MMP-nin sədr müavini Könül İsmayılova şəxsi "facebook" hesabında bildirib ki, Müasir Müsavat Partiyası da təkrar seçkilərdə iştirak etməkdə maraqlıdır. Ancaq bunun üçün partiyanın öz şərtləri var:

 

“2020-ci ildə keçirilən parlament seçkilərində partiyamız beş namizədlə iştirak etdi. Lakin təəssüflər olsun ki, çox haqsızlıqlar, müdaxilələr gördük. Sonda 30 il parlament kreslosunu zəbt edənlər, yenidən təyin edildilər".
 
 
K.İsmayılova boş qalmış dairələrdə yenidən seçki keçirələcəyini Mərkəzi Seçki Komissiyası (MSK) sədrindən eşitdiklərini vurğulayıb:
 
 
"Biz ölkədə demokratik seçki mühitinin olmasını, proporsional seçki sisteminin bərpasını, əhali sayına görə millət vəkillərinin sayının da artımını gözləyirik. Yalnız o zaman parlament seçkilərində iştirak etmək istiyərik”.
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada