“Onlar mütləq göstərilən çərçivəyə sığmalıdır”

15:57 18-01-2022 | icon 328 | Siyasət
“Onlar mütləq göstərilən çərçivəyə sığmalıdır”

Əli Mustafa: “Rusiyanın sülhməramlı adı ilə Azərbaycandakı siyasəti göstərir ki..."

 

Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan “Laçın dəhlizi” vasitəsi ilə həyata keçirilən erməni köçləri, xarici ölkələrdən qeyri-qanuni yolla Qarabağa səfər edən siyasətçilərin erməni quldurlarla görüşləri, davranışları, ölkə ictimaiyyətini narahat edir, suveeünliyimiz üçün təhlükəli məsələ kimi müzakirə olunur.

 

Vəziyyət Qarabağdakı sülhməramlıların statusu ilə bağlı məqamı ortaya çıxarmaqla yanaşı, arxa planda gedən danışıqlarda Rusiyaya konkret “çərçivələrin” göstərildiyini gündəmə gətirir. Görünən odur ki, Rusiya tərəfindən dirənişlər var. Maraqlıdır, Rusiyanın bu dirənişi nə vaxta qədər davam edə bilər. Sülhməramlıların Qarabağdakı 5 il ərzində nəzərdə tutulan müvəqqəti fəaliyyətinin qalan 3 ilini üçtərəfli sazişin düzgün icra edilməsi ilə bağlı necə dəyərləndirməliyik?

 

Versus.az xəbər verir ki, politoloq Əli Mustafa bildirib ki, sülhməramlıların statusu mütləq beynəlxalq hüquqa uyğun tənzimlənməlidir.

 

Çünki Rusiya sülhməramlıları bölgədə istədiyi kimi hərəkət edə bilməz:

 

“Rusiyanın sülhməramlı adı ilə Azərbaycanda və digər rayonlardakı siyasəti göstərir ki, onlar beynəlxalq hüququn tələbindən çıxış etmir.  Rusiya özünün geopolitik maraqlarını önəmsiyərək hərbi hissələrini istədiyi yerdə, istədiyi kimi yerləşdirir. Bu qüvvələr qonşu dövlətlər tərəfindən sülhməramlı kimi qəbul edilsə də, beynəlxalq standartlar gözlənilmir”.

 

Politoloq bildirib ki, sülhməramlıların Azərbaycandakı fəaliyyəti ilə bağlı kifayət qədər ciddi nöqsanları var.  Onun fikrincə, bu kontingentin əhali arasında narahatlıq yaratdığını, Azərbaycan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülhməramlılara qarşı narazılığına diqqət çəksək, Rusiya sülhməramlıları mütləq ona göstərilən çərçivəyə sığmalıdır:

 

“Təbii ki, əhali rus kontingentinin olmasını istəmir və dövlətin əsas qanunverici strukturları, konkret Parlament də sülhməramlıların statusunu müəyyən etməyib. Üçtərəfli razılaşmada BMT-nin iştirakı, qaçqınların köçürülməsi nəzərdə tutulurdusa, bu məsələlər də özünün həllini tapmır.  Konkret faktlar var ki, sülhməramlılar Azərbaycanın ərazi bütövlüyünün tənzimlənməsini, sərhəd toxunulmazlığını, eləcə də, xarici vətəndaşların əraziyə qeyri-qanuni gəlməsini təşkil etməklə beynəlxalq hüququ pozurlar. Dolayısı ilə Azərbaycan özünün ərazi bütövlüyünə nəzarət etmir. Bu da beynəlxalq hüququn fundamental əsas prinsiplərinin pozulmasıdır”.

 

Ə.Mustafa hesab edir ki, Azərbaycan tərəfindən Rusiya sülhməramlıları ilə bağlı səslənən fikirlər, Rusiya sülhməramlılarının müəyyən bir çərçivəyə dəvət edilməsidir:

 

“Azərbaycanın müəyyən  qurumlarının “Laçın dəhlizi”ndə iştirakı təmin olunmalıdır.  Sülhməramlıların Qarabağda qaldığı 3 il müddətində dünyada nələrin baş verəcəyini bilmirik. Bütün hallarda hesab edirəm ki, Rusiya hərbçiləri bölgədən çıxmalıdır.  Əlbəttə ki, o vaxta qədər Ermənistan-Azərbaycan münasibətləri də dəyişməli, danışıqlar aparılmalıdır. Biz dinc-yanaşı yaşamağa öyrənməliyik, Rusiya sonsuza qədər burada qalan deyil”.

 

Politoloq bildirib ki, Rusiya sülhməramlıları beynəlxalq hüququn müəyyənləşdirdiyi çərçivəyə sığımır. Rusiya özünün hərbi potensialından, güc faktorundan hüququ pozaraq istifadə edir:

“Belə bir şəraitdə Azərbaycan özü BMT ilə əməkdaşlıq etməli və Rusiya ilə danışmalıdır. Rusiyanın burdakı hərbi hissələri bizimlə razıaşdırılmaqla fəaliyyət göstərməlidir. Rusiya eyni zamanda beynəlxalq hüquq normalarına uymalıdır, sülhməramlıların statusu müəyyənləşməlidir. Sülhməramlıların mandatının hədləri məyyənləşməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə xələl gəlməsin”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada