"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

10:17 19-01-2022 | icon 567 | Siyasət
"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

Fuad Əliyev: "Tağıyev Pakistan-Azərbaycan dost və qardaşlıq münasibətlərinin bünövrəsini qoyub"

 

“Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması, təkcə Bakı üçün yox, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Kasıb ailədə böyüyən Tağıyev öz zəhmətinin hesabına varlanaraq, tarixdə xeyriyyəçi, mesenat kimi qaldı”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakı şəhərində, Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması ilə bağlı açıqlamasında bildirib.

 

Fuad Əliyev vurğulayıb ki, gec də olsa, axır ki, dövlət onu layiqincə qiymətləndirdi:

“Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı verdiyi sərəncam təqdirəlayiq idi. Mesenat Tağıyevin Azərbaycan xalqın inkişafına, mədəniyyətinə verdiyi töhfələr saysız hesabsızdır. Hacı Zeynalabdin Tağıyev, Bakıda, Azərbaycanın digər şəhərlərində, hətta Tiflisdə belə, öz vəsaiti  hesabına məktəblər açır. Minlərlə azərbaycanlının dünyada tanınmış universitelərə oxumaq üçün göndərir. Hacı Zeynalabdin Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi”.

 

 

F.Əliyev qeyd edib ki, Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqını dünyaya tanıdıb. Onu Avropada da xatırlayırlar:

 

"Mən Pakistanda səfərdə olarkən, onun haqqında eşitdiyim xoş sözlər yadımda qalıb. Deyilənə görə Pakistanda ölümcül xəstəlikdən 100 mindən çox insan dünyasını dəyişir. Hacı Zeynalabdin Tağıyev Pakistanda ölümcül xəstəliyin qarşısını almaq üçün ora 300,000-dən çox vəba vaksini göndərir. Pakistan xalqı bunu unutmamaq üçün öz tarixi kitablarına salırlar. Bu kitablardan birini mənə göstərmişdilər. Hacı Zeynalabdin Tağıyev Pakistan və Azərbaycan xalqlarının dost və qardaşlıq münasibətlərin bünövrəsini qoyur. Pakistan xalqı onun bu yaxşılığını unutmayaraq, Qarabağ məsələsində Azərbaycan xalqın yanında oldu. Və bu günə qədər Pakistan Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə dövlətdir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada