Parlamentdən fransız nazirə ETİRAZ

14:59 19-01-2022 | icon 325 | Siyasət
Parlamentdən fransız nazirə ETİRAZ

Təkzib və Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilsin"

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədiyi fikirlərlə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:



"Məlum olduğu kimi, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilmişdir. Bu tərzdə edilən açıqlama diplomatiya ənənələrinə tam ziddiyyət təşkil etməklə yanaşı, Fransanın bəzi hökumət və bir sıra parlament nümayəndələrinin cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlmiş bəyanatdır. Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərməsi ilə bağlı sərt cavab verilməməsi və ona həddinin bildirilməməsi bunu sübut edən amillərdən biridir.

 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar öz haqlı mövqeyini bildirmişdir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibət qəbuledilməzdir və buna sərt reaksiyanın verilməsi təbii haldır, tam məntiqlidir və düzgündür.

 

Fransada keçiriləcək prezident seçkilərində namizəd olan xanım Pekressin seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdləri hər zaman beynəlxalq hüquq prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycanla münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Qafqaz regionunun sabitliyini və inkişafını da pozmağa yönəlmiş təxribatçı addımdır.

 

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə konstruktiv görüşündən sonra nazir Lö Drianın hökumət nümayəndəsi kimi bu cür bəyanatı öz hökumət başçısının apardığı siyasətə tam qarşıdır. Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh edilməsi qətiyyən qəbuledilməzdir.

 

Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdir. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışırlar.

 

Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlığının qorunması isə ali vəzifəmiz olaraq qalacaq.

 

Azərbaycan Parlamenti isə Prezidentimizin bu istiqamətdə gördüyü işlərə hər zamankı kimi bundan sonra da dəstək verərək  Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli bu cür əməllərə son qoymağa çağırır.

 

Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Driana müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb edilsin".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada