Etibar Əliyev Ramiz Mehdiyevi "ağ yudu, qara sərdi" - FOTO

16:39 19-01-2022 | icon 465 | Siyasət
Etibar Əliyev Ramiz Mehdiyevi "ağ yudu, qara sərdi" - FOTO

"Elm Ramiz Mehdiyevin ailəsinin insiharına verilib"

 

Deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi sərt tənqid edib.

 

Versus.Az xəbər verir ki, deputat bunu sosial şəbəkədə statusunda detallarla yazıb.

 

"Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib" deyən E.Əliyevin sözlərinə görə, onun məşğul olmadığı bircə sahə var, o da elmdir:

"İnstitut direktorları ilə İcra başçıları kimi davranır. Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur".

 

E.Məmmədov eyni zamanda R.Mehdiyevin öz ailə üzvlərinə akademiyada yaratdığı şəraitdən də yazıb:

"Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə "Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə "Riyaziyyat" fakültəsində kafedra müdiri, müdafiə Şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb. Bir sözlə, elm bunların insiharına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada