"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

09:51 22-01-2022 | icon 851 | Siyasət
"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Razi Nurullayev: "Eyni suala eyni şablon cavabı verməkdən yorulmuşam"

 

"Eldar Həsənova 10 il iş verilir və əmlakı müsadirə edilir. Heç kimə belə tale arzulamıram. İttiham rüşvətxorluq, mənimsəmə və sui-istifadə və digər məsələlərdir. Açığı düşünürəm ki, doğru qərar deyil. Bəlkə də mənim bilmədiyim məqamlar var. Bu işlə bağlı məlumatlı olduğumu da deyə bilmərəm. Adamı heç 1 km-dən belə görməmişəm. Əgər varsa deyilsin".

 
 
Versus.Az xəbər verir ki, bu fikirləri şəxsi "facebook" hesabında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Deputat vurğulayıb ki, milyonlarla, milyardlarla oğurlayanlar var, hələ də xeylisi vəzifədədir:
 
 
"Elə götürək, Neft şirkətini. Məgər Rövnəq Abdullayev və orada işləyən yüzlərlə vəzifəli şəxslər əmək haqqı ilə dolanır? Seabreeze-də, Bakının digər elitar məkanlarında, xaricdə ən lüks yerlərdə tikilən və alınan on milyonlarla qiyməti olan mülklər, restoranlar, zavod və fabriklər qanuni qazancla alınıb? Niyə bəziləri özlərini elə aparırlar ki, sanki əmək haqqı ilə yaşayırlar?"
 
 
Razi Nurullayev bildirib ki, səmimi mübarizə aparmaq lazımdır ki, ölkəmizi düzəldə bilək. Belə ki, ikiüzlülük, qeyri-səmimilik, yaltaqlıq bizi uçuruma aparır:
 
 
"Danışmaq və həqiqətləri çılpaq demək lazımdır ki, özümüz də ikiüzlülük burulğanına yuvarlanmayaq.
Bir gündə onlarla media nümayəndəsindən zəng gəlir, eyni suala eyni şablon cavabı verməkdən yorulmuşam. Amma heç zaman dövlətə və xalqa xidmətdən yorulmaram və yorulmayacam. Kim olursa olsun, hansı cəbhədə olursa olsun, dəxli yoxdur, artistlik, şou və yalançılıq, ifşa etməmək belə günahdır".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada