"Böyük qayıdışı təmin etmək üçün bütün işlər görülür və..."- MÜSAHİBƏ

12:35 29-01-2022 | icon 380 | Siyasət
"Böyük qayıdışı təmin etmək üçün bütün işlər görülür və..."- MÜSAHİBƏ

 

Azərbaycan ictimaiyyəti, xüsusilə də öz ata-baba  yurdlarından məcburi köçkün düşən insanlarımız işğaldan azad edilmiş kənd və rayonlarımıza qayıdışla bağlı dövlət tərəfindən atılan hər bir addımı diqqətlə izləyir. Eyni zamanda hər gün öz yurdlarının bərpası, yaxud qayıdışı ilə bağlı yeni məlumat almaq istəyirlər.

 

Belə bir ərəfədə Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasının başa çatması və camaatın öz evlərinə köçürülməsi ilə bağlı informasiyalar, hər hansı açıqlama mühüm əhəmiyyət kəsb edir.

 

Maraqlıdır, işğaldan azad olunmuş rayon və kəndlərin bərpa prosesi və geriyə böyük qayıdışla bağlı görülən işlər, bu istiqamətdə cərəyan edən prosesləri deputatlar necə dəyərləndirir?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Hikmət Babaoğlu maraqlı nüanslara diqqət çəkib.

 

-Hikmət müəllim, məlumdur ki, Zəngilan rayonunun Ağalı kəndinin inşaası başa çatıb. Ümumən götürsək, aparılan bərpa və qayıdış prosesini indiki mərhələdə necə dəyərləndirərdiz?

 

-Əvvəla qeyd edim ki, Ağalı kəndinin bərpa olunması və məcburi köçkünlərimizin ora qayıtması ilk növbədə Azərbaycan xalqının 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyi bir arzunun reallığa çevrilməsidir. Şübhəsiz ki, bu, eyni zamanda illərlə arzu, xəyal etdiyimiz böyük  qayıdışın ilk müjdəçisi, xəbərçisidir. Əlbəttə ki, işğal altında qalmış ərazilərimizdə bərpa-quruculuq işləri sistemli, ardıcıl və məqsədyönlü şəkildə həyata keçrilməyə başladı. İlk  növbədə burada təhlükəsizlik tədbirlərinin görülməsi ön plana çəkildi.  Biz bilirik ki, işğal altında olan Azərbaycan torpaqları dünyanın ən çox militarizə edilmiş, minalanmış, hərbləşdirilmiş ərazilərindən biri idi və bunları  təmizləmədən böyük qayıdışı mümkün etmək olmazdı.

İkinci məsələ bundan ibarət idi  ki, azad olunmuş ərazilərdə əsas infrastruktur layihələr həyata keçirilməli idi.  Bu hər şeydən öncə yolların, elektrik xətlərinin çəkilişi və istehlak ediləcək enerji mənbələrinin müəyyənləşdirilməsi və təmin edilməsi ilə bağlı idi ki, bunlar çox vacibdir. Bunlar olmasa qayıdışı təmin etmək, yaşayışı bərpa etmək olmaz. Ona görə də Azərbaycan çox böyük sürətlə bu istiqamətdə böyük addımlar atdı və demək olar ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə mövcud olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları üzrə, hər birində özünün lokal şəkildə yol, nəqliyyat və enerji  infrastrukturu yaradılıb və qarşılıqlı şəkildə  inteqrasiya olunubdur. Amma inteqrasiya təkcə işğaldan azad olunmuş ərazilərimizdə deyil, bütövlükdə Azərbaycanın nəqliyyat kommunikasiya və enerji xətlərinə inteqrasiya olunub. Rayon Zəngəzur dəhlizi üzərində yerləşən və Azərbaycanı Naxçıvanla birləşdirən coğrafiya üzərindədir və Zəngəzur dəhlizinin açılması üçün kommunikasiyaların keçdiyi əsas məkandır. Ona görə də  düşünürəm ki, qısa müddətdə görülən işlər çox böyükdür və  bundan sonra görüləcək işlərin daha sürətli aparılması üçün yaxşı imkanlar yaradır.

 

-Belə qeydlər var idi ki, ilin əvvəlində əhalinin Ağalı kəndinə köçürülməsinə başlanacaq. Biz hələ ki, ilk köçürülməni müşahidə eləmirik. İlk gözlənilən köçürülmə nə vaxt baş verə bilər. İndiki reallıqda bu köçürülmə nə dərəcədə təhlükəsiz və realdır?

 

-Əlbəttə ki, böyük qayıdışın təmin olunması hər şeydən öncə bütün növ təhlükəsizliyin təmin olunması ilə müşayət olunacaq. Əgər söhbət hərbi təhlükəsizlikdən gedirsə, deyə bilərik ki, artıq Ermənistanla Azərbaycan arasında olan sərhədlərdə təhlükəszilik məsələləri tam təmin olunub və əldə etdiyimiz tarixi zəfər kontekstində təhlükəsizliyimizi təhdid edən faktorlar demək olar ki, tamamən sıradan çıxarılıb.

Biz həm də vaxtaşırı Kəlbəcər istiqamətində, digər həmsərhəd ərazilərimizdə Ermənistan hərbçilərinin törətdiyi təxribatlara və təhlükəsizliyimizi təhdid edə biləcək hallara qarşı Azərbaycan ordusunun necə cəsarətli, qətiyyətli və necə evvektiv həmlələr həyata keçirdiyinin şahidi oluruq. Ona görə də əlbəttə ki, “ilk növbədə bu kontekstdə təhlükəsizlik tam təmin olunub”- deyə bilərik. İkincisi, əlbəttə ki, enerji kommunikasiya təhlükəsizliyi ilə bağlı idi. Bu məsələlər də demək olar ki, həll olunub. Sadəcə ərazilərdə basdırılmış minaların təmizlənməsi və onların təhlükəsizliyimiz üçün təhdid yaratması halları mövcuddur ki, bununla bağlı Azərbaycan daima siyasi diplomatik cəhdlər edir, mina xəritələrin əldə olunması üçün artıq xeyli addımlar atılıb. Amma biz həm də onu bilirik ki, Zəngilan rayonu tutaq ki, Ağdam və Füzuli rayonlarımızla müqayisədə daha az nisbətə minalaşdırılmış ərazidir. Ona görə də düşünürəm ki, bu təhlükəsizlik tədbirləri mütləq görülür, əlbəttə ki, hər bir vətəndaşımızın həyatı Azərbaycan dövləti üçün çox qiymətlidir.

Köçürülmənin müddətinə gəlincə, şübhəsiz ki, bununla bağlı qərar qəbul ediləcək. Və bu qərarı əlbəttə ki, müzəffər Ali Baş Komandanımız Azərbaycan prezidenti qəbul edəcək. Ona görə də bəri başdan vaxt demək çətindir. Amma əsas məsələ ondan ibarətdir ki, artıq böyük qayıdış başlayır. Azərbaycan xalqı öz tarixində yeni bir səhifə açır. Bu səhifə ərazi bütövlüyü bərpa olunmuş müstəqil, güclü Azərbaycan səhifəsidir ki, bunlar çox mühüm tarixi perspektivlər yaradır.

 

-Ümumiyyətlə, işğaldan azad olunan ərazilərimizə köşürülmə ilə bağlı siyahıya alınmada, yəni kimlərin gedəcəyi, kimlərin qalacağı ilə bağlı mübahisəli məqamlar var. Ümumiyyətlə, bu köçürülmə hansı siyahı əsasında həllini tapa bilər, yaxud Zəngilana Şuşaya, Ağdama olduğu kimi avtobus marşrutlarının təyinatı nə vaxta qədər təşkil oluna bilər?

 

-Biz bilirik ki, Ağdam və Füzuli şəhərlərinin baş planları hazırdır. Digər şəhərlərimizin də baş planlarının hazırlanması layihələndirməsi prosesi davam edir. Buna paralel olaraq kənd və qəsəbələrimizin də Ağıllı kənd və qəsəbə tipində layihələndirilməsi prosesi ayrı-ayrı layihələr üzrə həyata keçirilir.

Əhalinin qayıtması məsələsinə gəldikdə isə bununla bağlı xüsusi sosioloji sorğu həyata keçirilib. Rəqəmlər rəsmən açıqlanmasa da biz bilirik ki, bu rəqəmlər çox yüksəkdir. Hətta o fakt da məlumdur ki, əslən Şərqi Zəngəzur və Qarabağdan olmayan Azərbaycan vətəndaşları belə işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşmaqla bağlı öz niyyətlərini ifadə ediblər. Bu çox müsbət bir tendensiyadır. Hər bir xalqın milli ənənələri, milli psixologiyası vətənə münasibətini təyin edir. Nə yaxşı ki, Azərbaycanda da milli vətənpərvərlik həmişə yüksək səviyyədə olub, bu gün də yüksək səviyyədədir. Ona görə də məskunlaşmada heç bir problem olmayacaqdır. O ki qaldı hansı katiqoriyalı insanların, hansı kəndlər üzrə məskunlaşması məsələsinə, hesab edirəm ki, bu texniki məsələdir. İşğala qədərki digər kəndlərimizin necə bərpa olunması həm bugünkü reallıqlar baxımdan, həm tələblər və şərtlər baxımından o qədər də aktual deyil. Çünki bərpa olunan kəndlər Ağıllı kəndinin layihələri tipində həyata keçirilir. Düşünürəm ki, bu digər rayonlarımıza da şamil olunacaq nümunə ola bilər.

Avtobus marşurutlarının təyin olunmasına gəlincə, belə marşurutlar hər istiqamətdə müəyyənləşə bilər. Əminəm ki, texniki və təhlükəsizlik tərəfləri həll olunandan sonra bütün istiqamətlər üzrə hələlik müvəqqəti, daha sonra isə birtəfəlik marşrutlar təyin olunacaq. Əsas odur ki, bu marşrutları təşkil etmək üçün infrastruktur, yol, nəqliyyat kommunikasiya işləri görülüb başa çatdırılıb. Bilirik ki, Zəngilanda hava limanı da tikilməkdədir ki, bu da mənzil başına daha tez çatmaq istəyən vətəndaşlarımız üçün əlavə bir üstünlük yaradacaqdır. İndi isə böyük qayıdışı təmin etmək üçün bütün işlər görülür və ən optimal vaxtda biz bunun şahidi olacağıq. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub, biz xalq olaraq yeni bir tarixi mərhələyə qədəm qoymuşuq. Bu mərhələ milli qürur, birlik, zəfər mərhələmizidir. Bu hər bir Aərbaycan vətəndaşının qəlbində böyük fəxarət və qürur hissi yaradır. (Həftə-içi)

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada