"Qayıdışın başlandığı yer Zəngilandır və..."-ŞƏRH

12:46 29-01-2022 | icon 724 | Siyasət
"Qayıdışın başlandığı yer Zəngilandır və..."-ŞƏRH

“Böyük Qayıdış nə zaman baş verəcək”. Artıq 30 il yurd həsrəti ilə yaşayan Azərbaycan xalqı dönəcəkləri günü səbirsizliklə gözləyir və belə bir sual qarşısında dayanıb. Məlum olduğu kimi, işğaldan azad olunan rayonlarımıza qayıdış Zəngilan rayonunun Ağalı kəndindən başlamalıdır. Bu istiqamətdə gözləniln köçürülmə niyə gecikir və ictimaiyyət bu barədə nə düşünür?

 

 

 

Versus.az  xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il Sərəncamı ilə təsdiqlənən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış 4-cü mühim məqsəd kimi qarşıya qoyulub.

 

“Həqiqətən də, qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların öz torpağına qayıdışı təmin olunmalıdır. Elə Sərəncamda da qeyd edilir ki,  Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Lakin, bildiyiniz kimi, 30 illik işğal, üstəlik işğalçının vandal olması, torpaqların hər qarışına mina basdırılması, xüsusən, heç bir hərbi əhəmiyyətə malik olmayan ərazilərdə minalarla mülki əhalini hədəfə alınması fonunda böyük qayıdışın təmin olunması yaınız-tikinti-quruculuq prosesi ilə məhdudlaşmır”.

 

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməlidir. 

 

“Bilirsiniz ki, kənd yalnız evlərin yerləşdiyi məhəllələrdən ibarət deyil, otlağı, əkin sahəsi, çayı bulağı var və bir kənddə normal yaşayışa təhlükəsiz şərait yaratmaq üçün bu sadaladığım yerlərin hamısından minalar təmizlənməlidir ki, hazırda da azad olunmuş ərazilərdə çevik formada minatəmizləmə prosesi davam edir”.

 

 

B.Məhərrəmov hesab edir ki, bundan başqa, Sərəncamda da deyildiyi kimi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Onun sözlərinə görə, quruculuq prosesi sürətlə davam edir. Xüsusən də, bu prosesin ilk başlandığı yer Zəngilandır və demək olar ki, proseslər yekunlaşmaq üzrədir.

 

Deputat bildirib ki, burada layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığın olması üçün ciddi işlər görülüb.

 

“Bundan əlavə, böyük qayıdışın uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyaya nail olunmalıdır və bu proses də sürətlə aparılır. Bütün bunlarla yanaşı, milli prioritetlərdə də nəzərdə tutulduğu kimi, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Köçürmənin detallarına gəlincə, aidiyyatı dövlət komitəsi məsələ ilə bağlı daha köklü məlumat verə bilər, lakin, əminliklə demək olar ki, bu sahədə fikir ayrılığı və mübahisəli məqam yoxdur. Bu kateqoriyadan bütün vətəndaşlar dədə-baba torpaqlarına qayıtmaları üçün gün sayır”.

 

 

Qeyd: Zəngilanla bağlı ictimaiyyəti düşündürən suallara cavab almaq üçün ilk olaraq Zəngilanın deputatı İmamverdi İsmayılova telefon açdıq. Bütün cəhdlərimizə baxmayaraq nə İmamverdi İsmayılov, nə də köməkçisi zənglərimizə cavab vermədi. Maraqlıdır, Zəngilan camaatının səsi ilə deputat olan İ.İsmayılov heç olmasa onlara qulaq asıb səslərini eşidirmi. Bir neçə gün bu deputatla bağlı uğursuz axtarışımız heç də bizə müsbət nəticəyə gəlməyə imkan vermir.

Daha sonra məsələ ilə bağlı Zəngilan rayonu İcra Hakimiyyətinin sədr müavini Nizami Mövsümovla əlaqə saxladıq. O da proseslərdən məlumatsız olduğunu deyib, suallarımızla bağlı heç nə deyə bilməyəcəyini bildirdi. Sona bizi Ağalı kənd icra nümayəndəsi Gəray Həsənova yönləndirdi. Gəray müəllim, telefonumuzu açsa da, suallarımıza telefonla cavab vermək istəmədiyini dedi və telefonu qapadı. Niyəsini mən də bilmirəm...(Həftə-içi)

 T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada