“AXCP Və Müsavat özləri bu prinsipləri tapdalayırlar"

15:00 04-02-2022 | icon 324 | Siyasət
“AXCP Və Müsavat özləri bu prinsipləri tapdalayırlar"

Yasəmən Qaraqoyunlu: "Niyə heç olmasa bir gün Rəsulzadənin abidəsi önündə birləşmirsiz?"

 

“Ölkəmizdəki bu vəziyyətə, bu saxtakarlıqlara çox üzülürəm. Heç kim soruşmur ki, niyə 30 ilə yaxındır ki, eyni ideya və prinsiplər uğrunda mübarizə aparan AXC və Müsavat partiyaları Novxanıya Rəsulzadənin abidəsi önünə ayrı -ayrılıqda gedirlər. Gedib Novxanıda Rəsulzadədən, Müsavatçılıq prinsiplərindən danışırlar çox gözəl, amma özləri Rəsulzadənin prinsiplərinə uyğun davranmırlar”.

 

Versus.az xəbər verir ki, bu barədə AMEA-nın elmi işçisi, siyasi şərhçi Yasəmən Qaraqoyunlu müxalifətin Məmmədəmin Rəsulzadə ətrafında nə dərəcədə birləşməsi ilə bağlı özünün sosial şəbəkə üzərindən yazdığı rəyində bildirib.

Versus.az bu status üzərindən Y.Qaraqoyunlunun özü ilə əlaqə yradaraq məsələyə aydınlıq gətirib. 

 

Y.Qaraqoyunlu hesab edir ki, AXCP Və Müsavat özləri bu prinsipləri tapdalayırlar:

 

“Rəsulzadə milli güclərin hamsını birləşdirirdi, birləştirə bilirdi. Bəs siz niyə heç olmasa bircə gün, heç olmasa Novxanıda, Rəsulzadənin abidəsi önündə birləşmirsiz?”

 

Y.Qaraqoyunlu bəyan edib ki, Rəsulzadə-Elçibəy siyasi platformasını müdafiə edən iddiaçı partiyaların bu davranışları Rəsulzadə-Elçibəy yoluna yaraşmır:

 

“Siz illərlə bir birinizə qarşı mübarizə apardınız. Axı nəyi bölə bilmədiniz? Siz kimi aldadırsınız? Bu xalq, bu cəmiyyət yazıq deyilmi? Siz bu davranışlarla, bu bölünmələrlə, bu yersiz iddialarla heç vaxt hakimiyyətə gələ bilməyəcəksiniz, Hələ də bunu dərk etməyənlərə yazıqlar olsun! Azərbaycanda Rəsulzadə-Elçibəy ideyalarına, Müsavatçılıq ideoloji prinsiplərinə inanan xalq var, siyasi elektorat var, lakin bu ideyanı bu gücü hakimiyyətə gətirə biləcək lider yoxdur.

Bu durumdan elə mən özüm də çox inciyirəm. Bezmişik bunların illərlə bizi, xalqı aldadan oyunlarından, qarşıdurmalarından. Hamı iqtidarı tənqid edir. Bəs müxalifət? Müxalifətimiz guya tənqid olunmaz müqəddəslərdir? Guya burada hər şey yaxşıdır?

Bu ölkədə baş verən böhranların, xaosun 50 faizində də sizin payınız var. Sizin günahınız bütün ümidləri puç etməyinizdir. Bütün ümidləri puç etdiniz. Rəsulzadəni Elçibəyi istismar etməyin daha. Müxalifət obrazını adını, institunu istismar etməyin. Siz müxalifət adına iddia etsəniz də, birləşməməyinizlə gerçək müxalifət olmadığınızı təsdiq edirsiniz”.

 

LƏMAN
Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada