"Erməni cinayətkarlar cəzalarını almalıdır" - TƏHLİL

11:35 04-02-2022 | icon 383 | Siyasət
"Erməni cinayətkarlar cəzalarını almalıdır" - TƏHLİL

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə etdiyi səfər ölkə ictimaiyyəti tərəfindən diqqətlə izlənir. Prezidentin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə sayca 18-ci olan səfəri bir sıra mühüm açılışlarla yadda qalmaqla yanaşı, növbəti mühüm mesajların təqdimatı kimi də dəyərləndirilir.

 

 

Qeyd edək ki, Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib. Bundan başqa, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olan Prezident, həmçinin Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunu istismara verib.

 

Prezidentin çıxışında Gəncənin Kəlbəcər və digər işğaldan azad olunan ərazilərin inkişafında əsas mərkəzlərdən olacağı barədə dediyi fikirlər xüsusi olaraq vurğulanır.

 

 

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Asim Mollazadə yerli mediaya bildirib ki, Gəncə şəhəri Azərbaycanın qədim paytaxtıdır və bu şəhərin xalqımız üçün çox böyük önəmi var. Deputat Prezidentin Gəncədə olarkən iqtisadi, loqistik, nəqliyyat-kommunikasiya istiqamətlərində görülən işlərə diqqət çəkməsini, mədəniyyət və idman sahəsinə xüsusi yanaşılmanı təbii və təqdirəlayiq hesab edib.

 

A.Mollazadə bildirib ki, ölkə başçısının ümumən humanitar sahəyə aid olan məsələlərə və bu istiqamətdə görülən işlərlə bağlı proseslərə diqqət çəkməsi  özü-özlüyündə böyük əhəmiyyət kəsb edir:

 

“Gəncə Qarabağa qayıdış prosesində böyük rola malikdir.  Söhbət Kəlbəcər istiqamətində uzanan yolların, tunellərin inşaası ilə bağlı logistik mərkəzin də Gəncə olmasından gedir. Bununla yanaşı gələcəkdə Zəngəzur dəhlizinə gedib çıxan dəmir yolu sistemində də Gəncənin bir qovşaq kimi böyük bir əhəmiyyəti var”.

 

A.Mollazadə qeyd edib ki, Prezident Gəncədə Memorialın təməlini qoymaqla orada bizim vətəndaşlara qarşı törədilən erməni hərbi cinayətlərinin  tarixin yaddaşında saxlanılaraq daim haqq-ədalətin bərpası yönündə görüləcək işlərin davamına stimul yarada biləcək mühüm hadisədir:

 

“Bu, həm də “Biz erməni cinayətkarlarının müharibə dövründə Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə -qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri genosidi, hərbi cinayətləri heç vaxt unutmayacağıq mesajı kimi özümüzün qarşısında götürdüyümüz öhtəlidir.  Şübhəsiz ki, erməni cinayətkarları Azərbaycanın 30 ilə yaxın işğalda qalan bütün rayonlarında törətdikləri dağıntılara, qətliamlara görə, Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırıma görə cavab verməlidirlər. Bu Memorialəın inşaası da onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu erməni vəhşiliyini unutmayacaq”.

 

Deputat bu gün Azərbaycanın işala məruz qoyulması və özünün haqq işinin bərpası yönündə dünya ictimaiyyətinə müraciət etməsinə baxmayaraq yenə də ikilistandartların hökm sürdüyünü bildirib:

 

“Bir sıra beynəlxalq təşkilatlarda müəyyən lobbi fəaliyyəti nəticəsində Ermənistanın istənilən cinayətlərinə göz yumulur. Biz dəfələrlə bunun şahidi olmuşuq. Buna baxmayaraq biz israrla Azərbaycanın haqlı tələblərinin ədalətlə yerinə yetirilməsiniistəməli və onun həlinə nail olmalıyıq. Bununla yanaşı Azərbaycan müstəqil dövlət olaraq özü hüquqi müstəvidə qərarlar çıxartmalı, hüquqi prosedurlarla bağlı dünya qarşısında irəli sürdüyü “Ədalət”- tələbini davam etdirməlidir”.

 

 

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, Prezidentin xüsusilə Gəncəyə səfəri zamanı “erməni faşizmini məğlub etmişik” deməsi və Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan ilə Serj Sərkisyanı sərt tənqid etməsi səbəbsiz deyildi:

 

“Məlum olduğu kimi, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən idi. Prezidentin də qeyd etdiyi kimi müharibə zamanı Gəncəyə 13 raket atılıb. Onlardan 8-i partlayaraq mülki insanların həyatına son qoyub. Məsələ ondadır ki, Gəncə şəhəri nə təmas xəttində idi, nə də cəbhə bölgəsinə yaxın ərazi. Digər tərəfdən, ermənilər Gəncədə müharibənin seyrinə təsir edəcək hərbi obyektin olmadığını da bilirdi. Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut edir. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə dinc əhalini hədəf seçməsi bu ölkənin siyasi dairələrinin hələ də faşist düşüncəsində olduğunu göstərir”.

 

Politoloq hesab edir ki, Prezident “biz erməni faşizmi üzərində qələbə qazandıq” deyərkən əslində ermənilərin Gəncəyə və digər şəhərlərimizə hücumunu alman faşistlərinin mülki ərazilərə hücumu arasında paralellik aparır:

 

 “Prezidentin bu məsələlərlə paralel Sərkisyan və Köçəryanı hədəf alması isə təsadüfi deyil. Məsələ ondadır ki, həm Köçəryan, həm də Sərkisyan Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla əzab vermiş, onları qətlə yetrmişdir. Hesab edirəm Prezident hər vəchlə bu iki şəxsin adını çəkməsi və sanki dünya ictimaiyyətinin diqqətinə israrla çatdırması bu şəxslərin bu gün azadlıqda gəzməsi ilə əlaqədardır. Prezidentin bu iradı yerində və doğrudur.

Çünki əli uşaq, qadın, qoca qanına batan bu şəxslər faktiki olaraq insanlıq cinayəti edib və hələ də azadlıqdadır. Hesab edirəm Prezident çıxışlarında tez-tez Sərkisyan və Köçəryanı iddiham etməsi bu şəxslərin də İkinci Dünya müharibəsi sonrası Nürinberq məhkəməsində mühakimə edilərək cəzalandırılan faşist liderlər kimi cəzalandırılması ilə əlaqədardır”. (Həftə-içi)

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada