Zaur Mahiroğludan "Əli Əliyevdən qəhrəman düzəldirlər” deyənlərə

16:30 04-02-2022 | icon 763 | Siyasət
Zaur Mahiroğludan "Əli Əliyevdən qəhrəman düzəldirlər” deyənlərə

"Elşad Musayevin heç bir dəstəyi olmadı, öz işidir, buna görə ona yalvaran deyiləm"

 

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbsi və məhkəmə prosesi davam edir. Məlum olduğu kimi Əli Əliyev “Osmanqızı tv” “Yotube” kanalı üzərindən çıxış edərək 30 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 zabitin şəhid olduğu dəhşətli hadisədə iki pilotçunun sağ qalmasına şübhəli yanaşaraq müəyyən iddialarla gündəmə gəlib. Həmin ərəfədə Ə.Əliyev həmin kanalda qeyd edib ki, sağ qalan xidmət əməkdaşlarının orada olması şübhə doğurur. O, iddia edib ki, sağ qalan pilotçular polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov həmin helikopterdə olmayıblar. Onun fikrincə, qəza təsadüfi baş verməyib, bu təxribatdır. Hətta Əliyev sağ qalan pilotçulara “siz niyə ölmədiz” sualını da verib.

 

Beləliklə, 30 noyabr tarixində sağ qalan həmin hərbçilər bu iddialara görə Əli Əliyevin həbs olunmasını istəyiblər.

 

Ə.Əliyev həmin zabitlər tərəfindən ayrı-ayrılıqda məhkəməyə verilib. Yalnız bir şikayət əsasında yanvarın 11-i, 13-də keçirilən məhkəmə onu 6 ay müddətində azadlıqdan məhrum edib. İkinci iddiaçının şikaytinə əsasən məhkəmə prosesi fevralın 4-də başlayacaq. Partiya sədrinin cəzası  hansı müddətə çoxaldılacaq, yaxud nələr baş verəcək hələ ki, bilinmir.

 

Məlum olduğu kimi VİP sədri mühakimə olunan zamanlarda bir-birini ittihamlayan, bir birini xain, xəyanətkar adlandıran Ə.Əliyevi belə müxalifət hesab etməyən AXCP, Müsavat və digər ənənəvi müxalifət partiyaları onun müdafiəsinə qalxdılar. Bu, yanaşma sosial ictimaiyyətdə, eləcə də siyasi camiyədə qeyri-səmimi qarşılandı. Hətta Əli Əliyevin həbsinin hakimiyət tərəfindən düşünüldüyü, ondan “qəhrəman düzəltmək” məqsədi ilə ssenariləşdirildiyi də deyildi.

Nə baş veirir? Niyə siyasi müxalifətin müəyyən kəsimi bu cür iddialarla çıxış edirlər. Yaxud, Əli Əliyevi dəstəkləyən müxalifət iddia olunduğu kimi bu olaydan hansı qazancı götürməyi düşünür?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən VİP sədrinin müavini Zaur Mahiroğlu sosial-siyasi ictimaiyyətdə sədrin məlum məhkəmə olayı və bu olaylardan özləri üçün çıxarışlar edən müxalifətçi camiyyənin iddialarına cavab verib.

 

- Zaur bəy, 14 zabitimizin vertalyot qəzasında şəhid olması hadisəsi çox həssas bir zamanda baş vermişdi və çox həssas bir məsələ idi. O qəzadə 2 nəfər taleyin qisməti ilə sağ qalmışdı və Əli Əliyevin hərbçilərin sağ qalmasını şübhə altına alması ictimaiyyətdə çox qıcıq yaratdı. Nəyə görə Əli Əliyev məhz bu cür çıxış elədi və öz həbsinə hökm verdi?

 

- Düzdür, Əli bəyə həmin məsələ ilə bağlı hökm verildi.  Amma məhkəmə iddiasına səbəb olan o çıxışın stenaqramı mənim əlimdədir. Ə.Əliyevə kontekstən çıxarılan çıxış əsasında ittiham verilib.

O çıxışda birinci cümlə belədir: -Bizim vertalyot qəzasında olması bildirilən şəxslərin halı bir qədər inandırıcı deyil”.  Ortada 3 cümləni buraxıblar və gəliblər axırda cümlənin başında yazılan sözlərə: -ona görə ki, üzündə heç bir cızıq olmayan, qolun qırılması ilə xilas olmuş zabitin vertalyotda olmasına mən sadəcə inanmıram”.  Ə.Əliyevin - bunu bir versiya olaraq söyləyirəm” -cümləsini də kəsiblər və qalan sözləri yapışdırıblar o birilərinə.  Və yaxud aşağıda, -mən iddia etmirəm, sadəcə deyirəm“ fikirləri olub. Amma bunlar da kəsilib. Yəni kontekstdən çıxarılmış fikirləri məhkəməyə çıxarıblar.

 

“Onun hansı adla müxalifətdə olduğu da anlaşılan deyil”

 

- Əli Əliyevin həbsindən sonra sosial-siyasi sferada, xüsusən də elə müxalifətdə olan bəzi kəsim tərəfindən müxtəlif iddialar səsləndi. Hətta müxalifətin müxtəlif bəyanatlarla partiya sədrini dəstəkləyərkən nə dərəcədə səmimi olduğu da şübhəli məqam kimi ortaya atılır. Bütün bunların fonunda Əli Əliyevin həbsindən sonra müxalifətdən hansı dəstəyi aldınız?

 

- Əli Əliyev artıq 20 gündən çoxdur ki, həbsdədir. Bu həbsin qeyri-qanuni və sifariş əsasında həyata keçirildiyini bütün siyasi partiyalar deyib, bəyanatlarında da bildiriblər. Azərbaycanın qəbul etdiyi konvensiyalara uyğun olaraq 147-148-ci maddələr söz azadlığını pozan xüsusatdır və  buna görə həbs-qətimkan tədbiri seçilmir. Yəni Əli Əliyevi göstərilən maddə ilə həbs etmək düzgün deyildi.

Digət tərəfdən hesab edirik ki, məhkəmə prosesinin aparılması da bir teatr idi. Məhkəmədə hakimin əlindəki çəkicin səsindən başqa zalda heç kəsin səsi eşidilmədi. Hakim heç kimə imkan vermədi, özü danşdı, özü də bitirdi. 

Müxalifət partiyalarının dəstəyinə gəlincə, bütün partiyalardan ayrı-ayrı dəstək bəyanatları gəldi. Hansının 1-ci, hansının 2-ci olduğunu deyə bilməyəcəm. Amma 60 partiyanın üzdə olan kəsiminin əksəriyyətindən dəstək gəldi. Səhv etmirəmsə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin heç bir dəstəyi olmadı. Bu da  onun öz işidir nə buna görə ona yalvaran deyiləm, nə də dəstək xahiş edən deyiləm. Bu adam düşünürsə ki, “hakimiyyətlə ehtiyatlılıq hissini itirməmək lazımdır”, o zaman onun hansı adla müxalifətdə olduğu da anlaşılan deyil. Çünki Elşad bəy özü deyir ki, Əli Əliyev “ehtiyatlılıq hissini itirmişdi”. İtirib nə etmişdi, onu da desə yaxşı olar.

 

- Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu da müsahibələrində Əli Əliyevə qarşı ittihamla çıxış edib. O, özünün sosial hesabında Əli Əliyevin qırmızı xətti keçdiyini yazıb və VİP sədrinin vertalyot qəzasında salamat çıxan iki nəfər haqqlnda çıxışını düzgün hesab etməyib. 

 

- Bizim partiya üçün “qırmızı xətt” yoxdur. Bizim “Qırmızı xətt” odur ki, kimisə təhqir etməyək, kiminsə ailəsinə toxunmayaq, kimisə söyməyək. Normal, sivil şəkildə kimlərsə haqqında tənqidi fikirlər söyləyiriksə,icra başçısı olsun, nazir olsun, deputat olsun, prezidenti, onun köməkçisi olsun, fərq etmir,  bu Xırmızı xətti keçmək deyil. Siyasi camiyədə olan partiya sədri gördüyü problemlərlə bağlı hər hansı məsələni tənqid edə bilər. Bizim üçün “Qırmızı xətt” söyüşdür, təhqirdir, kiminsə ailəsinə toxunmaqdır. Əli Əliyevin o məsələdə səhvi olmayıb. O heç vaxt kimisə təhqir etməyib. Və yaxud da efirdən kiməsə nəlayiq sözlər deməyib.  Hə, çoxları Prezidentin adını, Ramiz Mehtiyevin adını özlərinə “qırmızı xətt” kimi görürsə bu artıq onların problemidir. Onlar bu xəttə görə aldıqları “məvaciblə” dolanmaq məcburiyyətindədirlər.

 

- Bizim bir çox müxaliflər iddia edirlər ki, bu məhkəmənin özü də bir qurmadır və Əli Əliyevdən “yeni müxalifət, qəhrəman düzəldirlər”. Buna nə deyəcəksiz?

 

- Azərbaycan hakimiyyətinin halı göz önündədir.  Özünə müxalifətçi deyən və hakimiyyətin bu halını görən siyasətçi aydın şəkildə görür ki, YAP-ın son addımlarının sakit-sakit tıqqıltısı gəlir. Artıq sonun sonuna gəlib çatıblar. Bunlar özlərinin kritik bir zamanda onsuz da günü-gündən nüfuzu artan bir şəxsi həbs edərək daha da nüfuzunu artırmaq istəməzdilər.  5-10, hətta müharibədən qabaq bunu etsəydilər, ona düşünmək olardı. Sadəcə olaraq bu gün xəbərdarlığa baxmayaraq Əli Əliyev “razılaşanlar siyahısı”nda olmadı, ona görə də bu gün həbsdədir. 2021-ci il sentyabrın 1-dən Əli Əsədovun qondarma qərarına zidd olaraq bu adam kafedrada dərs deməyə buraxılmır.

 

Niyə, işdən çıxarılıb?

 

- Yox, peyvənd olunmadığına görə dərsə buraxılmır.

 

- Deməli, bu məsələdə Əli Əliyevə siyasi fəaliyyətinə görə heç bir qərəz, sifariş olmayıb. Bir çox idarələrdə peyvənd olunmayanlar iş yerinə buraxılmırdı. Əgər kollektiv peyvənd vurdurmuşdusa, Əli Əliyev niyə yayınırdı?

 

- Konstitusiyada peyvənd vurmaq könüllüdür.  Qərarda belə idi ki, əgər istənilən qurumda işçi heyətinin 90 faizi peyvənd olunubsa həmin kollektivin immuniteti qənaətbəxş sayılır. Əli Əliyevin işlədiyi kafedrada da hər kəs peyvənd vurdurmuşdu. Əli Əliyevin peyvənd vurdurmaması kollektiv üçün heç bir təhlükə yaratmırdı.

Yaxud, Əli bəy, bir həkim kimi canında olan xəstəlikləri bildiyi üçün peyvəndi özünə məsləhət bilmirdi.  O vurduranların da əleyhinə deyildi.  O bu fikirdə idi ki, bunu vurdurmaq düzgün deyil.  Məsələ bu deyil...

Sentyabrın 22 -də Əli Əliyev Yasamal rayon sakini kimi baş prokurorluğa çağrılıb, xəbərdarlıq edilib.  Bu ona qarşı birinci təzyiq addımları oldu. Sonra dəfələrlə güc orqanları tərəfindən müxtəlif “görüşlərə” çağrıldı. Noyabrın 6-sı jurnalsit Elçin Rəhimzadə ilə bir yerdə  Əli Əliyevi də partiyanın qərargahından aparıb 11 saat TTK-da saxladılar.  Ordan çıxandan sonra onlara TTK-da nələr olub, hansı suallar verilib dəqiqləşmədi. Çünki dillərindən iltizam alanmışdı. Amma dediklərindən bəlli olur ki, onlardan müxtəlif adaları çəkməməyi belə tələb ediblər. Buna görə də təzyiq olub.

Belə nəticə çıxır ki, heç də hakimiyyət bu məhkəmə ilə Əli Əliyevdən qəhrəman düzəltmək istəməyib. “Qəhrəman” düzəltmək istədikəri bu gün sosial şəbəkələrdə, saytlarda keçirdikləri sorğularda birinci olanlardır.

 

- Dediniz ki, AXC, Müsavat - bir sözlə klassik müxalifət partiyaları da Əli Əliyevi dəstəkləyir. Bəzi müxalifət partiyaları “sual” verir ki, niyə zamanında Əli Əliyevi yanlarında görmək istəməyən, bir-birini qıran partiyalar o həbs olunandan sonra “müdafiəçi” olmağa başlayırlar, həbs olunmadan niyə bir-birinin yanında olub, dəstək verə bilmirlər?

 

- Bu, Azərbaycan müxalifətinin dərin bir yarasıdır. Müxalifətdə istənilən vaxt, istənilən şəxs biri digərindən incikli qalır. Və yaxud nədənsə şübhələnir, bir-birilərini ittiham edirlər. Bir az umu-küsünü, ittihamları kənarda qoyub birlik olamaq daha yaxşı olardı. Əli Əliyev dəfələrlə öz çxışlarında bu çağırışı etmişdi. Əli Əliyev həmişə “gəlin dövlətçilik məsləsində bir masa arxasında oturaq” deyib. Ən azı bir masa da oturub fikirləri, ideyaları bir xətt üzrə qurmaq bəs idi.  Görünən odur ki, müxalifətin daxilində müəyyən bir eqo var, inşaallah bundan sonra olmaz.

 

- İddialar var ki, indi Əli Əliyevin həbsinə görə canfəşanlıq edən o müxalifət, beynəlxalq təşkilatlara müraciət edib sifarişini yerinə yetirdikləri xarici təşkilatların Azərbaycana qarşı təsir göstərməsi üçün onların əlinə işləmiş olur və vəziyyətdən öz siyasi mənfəətləri üçün istifadə edirlər.

 

- Mən heç də belə hesab etmirəm. Həmin müxalifət partiyarı öz bəyanatlarını veriblər Və həbsi qeyri-qanuni saydıqları üçün Müdafiə Komitəsinə də imzalarını atıblar. Beynəlxalq təşkilatlara müraciətə gələndə Müdafiə Komitəsindən də qabaq VİP özü 55 beynəlxalq təşkilata müraciət ünvanlayıb.

 

- Adətən haqq səsimizə susan o təşkilatlardan sizə nə reaksiya gəlib?

 

- Beynəlxalq insan hüquqları təşkilatlarından gələn bəyanatlarda Əli Əliyevin həbsi pislənildi və Azərbaycan hakimiyyətini bu səhvi düzəltməyə çağırdılar.  Bu barədə başqa partyaların nəsə etməsinə ehtiyac yoxdur. Biz  sadəcə bu qanunsuz həbsi beynəlxalq təşkilatlara çatdırmaq istəyirik.  Azərbaycanın beynəlxalq qurumların qarşısında öhtəliyi olsa da, belə bir həbs birbaşa  partiya sədrinə şamil edilib. Halbu ki, 30 ildir Azərbaycanda bir dənə də partiya sədri həbs olunmayıb.

 

- Zaur bəy, iqtidar-müxalifət dialoqunun istiləşməyə doğru getdiyi bir dövrdə Əli Əliyevin həbsə alınması prosesə hansı təsirni göstərdi? VİP özü bu dialoqa necə yanaşıb?

 

- Biz bu dialoqa inanmadıq. Sadəcə Ədalət Vəliyevin komandasının, YAP-ın bir təklifi olduğu üçün dialoqa qatılmaqdan imtina etmək isətmədik.  Prosesin içərisində olub hadisələri izləmək qərarını verdik. Lakin 9 fevral seçkisinin əvvəlində partiyanın haqqı yeyildi. Erməni qohumluğu olan şəxs gedib Əli Əliyevin əvəzində Milli Məclisdə oturandan sonra “sizi dialoqa çağırırıq, siyasi camiyəni düzəltmək istəyirik” bəyanatları bizim üçün inandırıcı ola bilməzdi. Biz 1 il yarım dialoqda iştirak etdik, 44 müharibə dövründə Əl Əliyev 9 noyabr üçtərəfli sazişi imzalanana qədər öz imzasını çox rahat şəkildə hakimiyyətə təqdim etmişdi. Partiya sədri bildirmişdi ki, dövlət təhlükəsizliyi, müharibə ilə bağlı istəniln səndə VİP adından imza ata bilərlər. Əgər dialoq çoxlarının düşündüyü kimi partiyaların özlərinə şərait yaratması üçün idisə, VİP burada olmayacaqdı. Çünki iqtidar-müxalifət dialoqu Azərbaycan millətinin, dövlətinin  xeyrinə olan məsələləri həll etməlidir. Bizim üçün çoxlu həllini gözləyən suallar var: niyə uşaq pulu yoxdur, pensiyalar  minimum yaşayış həddindən aşağıdır, niyə maaşlar aşağıdır, niyə komunal xərclər, ərzaqların qiymətləri yüksəkdir, niyə Qarabağ problemi axıra qədər həll olunmadı. Niyə Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, Şuşanın 37 kəndi, Laçın dəhlizi hələ də ermənidədir və sair...  Bizim istəyimiz bu problemlərin həllidir...

 

- Gedən müzakirələrdə Əli Əliyevin İrana cəsusluq məsləsi də var...

 

- Bunu bir sıra qondarma müxalifət partiyaları da deyib. Məlumdur ki, 2018-ci ildə Əli Əliyev səfirliyinin dəvəti ilə İrana səfər edib. Həmin səfərdə Sərdər Cəlaloğlu və digər nümayəndələr də iştirak ediblər. İranda səfirliyin təşkil etdiyi dövlət tədbirində iştirak ediblər. Orda müəyyən görüşlər keçirilib və bu da mediaya açıq olub. Ölkədəki siyasi vəziyyətlə bağlı söhbətlər gedib. Orda heç bir cəsusluq İrana meyillik halı olmayıb. Gələndən sonra ƏLİ Əliyevi dəfələrlə TTX-nə çağırıb dindiriblər. Bu məsələ orda da öz yekununu tapıb. İrana gedən hər kəs cəsus deyil ki. Bu, dəvət əsasında bir səfər olubsa, məsələdən hər kəsin xəbəri olub. İranın Azərbaycan sərhəddinə qoşun yığması zamanı İranı ilk sərt təbqid edənlərdən biri Əli Əliyev idi.  Görünür bu bəzi siyasi partiyaya biznes gözü ilə baxan siyasətçilərin ortağa atdığı şaiəyələrdir.

 

- Zaur bəy, son məhkəmədən nə gözləntiniz var, partiya sədrinin cəzası azalacaq, çoxalacaq və yaxud azad olacaq?

 

- Fevralın 4-də ikinci məhkəmə olacaq. Burda nə baş verəcək, Əli Əliyevə hansı cəza veriləcək bilinmir. Biz əvvəlcədən eyni motivli ittihamın birləşdirilməsini istəmişdik. Çünki ayrı-ayrı iddia ərizələri olsa da, eyni 147-148-ci maddə ilə ittiham irəli sürülüb. Həmin maddəyə əsasən də 6 ay həbs verilir. Hələ ki, dəyişiklik yoxdur... (Həftə-içi)

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada