"Gənclərin fəaliyyəti bundan sonra da azərbaycançılığa əsaslanacaqr"

17:30 04-02-2022 | icon 355 | Siyasət
"Gənclərin fəaliyyəti bundan sonra da azərbaycançılığa əsaslanacaqr"

Səbinə Xasayeva: “Gənclər Forumunda Prezidentin çıxışı maraqla dinlənildi”

 

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu cəmiyyətin həyatında mühüm hadisədir. Bu forum hər bir azərbaycanlı gəncinin düşüncələrində də, bundan sonrakı fəaliyyətində də mühüm məsuliyyət yaradacaqdır. Bu məsuliyyət bilavasitə bundan sonra da azərbaycançılığa əsaslanacaqdır...”

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunun əhəmiyyəti və orada çıxış edən Prezident İlham Əliyevin fikirlərini dəyərləndirərkən bildirib. O, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin gənclər siyasətinə xüsusi diqqət yetirməsinə diqqət çəkib. 

 

S.Xasayeva bildirib ki, cəmiyyətin bütün sahələrində dinamik inkişaf gənclərin bilik səviyyəsindən, erudisiyasından, vətənpərvərliyindən, milli mentalitetə hansı səviyyədə bələdliyindən asılıdır. Ona görə də dahi şəxsiyyətlər gəncləri böyük qüvvə adlandırır. Bu qüvvə Azərbaycanda da bəşəri niyyətlərin gerçəkləşməsində olduqca mühüm amilə çevrilir.

XX əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsində, vüsət almasında, dünyəvi siyasətin diqqətinin Azərbaycana yönəldilməsində gənclərin fəallığı, siyasi proseslərə bələdliyi imperiyanın dayaqlarını titrətdi, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

 

“Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dedi: “...Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”.

 

S.Xasayeva hesab edir ki, bu fikirlər bu günün gənclərinin dünyaduyumun daha da dərinləşməsində, milli mentalitetin daha əhatəli yaşadılmasında xüsusi əhəmiyyətə malik olacaq. Onun fikrincə, bu kəlamlar zaman anlamında tarixin dünənlərinə ehtiramdır, sabahlarına qayğının ifadəsidir.

 

“Vətən müharibəsində gənclər qətiyyətlə döyüşdü, onlarla gənc Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Zəfər” və “Azərbaycan Bayrağı” ordenlərinə, müxtəlif medallara layiq görüldü.

 

Azərbaycanda “Gənclər Günü” həmişə böyük coşqu ilə qeyd olunur. Bu il “Gənclər Günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunan tədbir Zəfər ovqatıyla qeyd edildi. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışı böyük maraqla dinlənildi. Ölkə gəncləri bu çıxışın mahiyyətini gələcək fəaliyyət üçün proqram sənədi bilir.

 

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Azərbaycanlı gənclər nəyə qadir olduğunu, Vətəni dərin məhəbbbətlə sevdiyini həmişə təsdiqləyib. Azərbaycan Respublikasının Prezidebti Cənab İlham Əliyev dedi: “Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. Dövlət başçıısı əmindir ki, Azərbaycanın daha nurlu sabahlarını bu günün gəncləri yaradacaqdır. Həm də Vətənin arzuladığı, istədiyi səviyyədə yaradacaqdır.

 

Bu günün gəncləri işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini Vətən müharibəsində qazanılan Zəfərin davamı bilir. Azərbaycan gəncliyi torpaqlarımızdan erməniliyin izlərini də təmizləməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan gəncliyinə inamı, etibarı, etimadı Azərbaycançılığa sevginin təzahürüdür. Bu sevgi böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna, bu baxımdan gənclər siyasə¬ti¬nə, həyat, ömür fəlsəfəsinə sədaqətin davamıdır...”

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada