“Dövlətimizin Gənclər siyasəti düşünülmüş və məqsədyönlüdür”-ŞƏRH
“Bizim Təhlükəsizliyimiz milli-mənəvi dəyərlərimizlə bağlıdır. Ölkə başçısı haqlı olaraq qeyd etdi ki, bizim dövlət olaraq əsaslandığımız güc milli-mənəvi dəyərlərdir."
Bunu Versus.az-a BDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Prezidentin Gənclər Forumundakı çıxışını şərh edərkən bildirib.
M.Məmmədli bildirib ki, dövlətimizin Gənclər siyasəti düşünülmüş və məqsədyönlüdür. Onun sözlərinə görə, bu siyasətin məqsədi gəncləri cəmiyyət həyatının bütün sahələrinə inteqrasiya etdirmək, gənclərin potensialından ölkəmizin, dövlətimizin maraqları üçün yararlanmaqdan ibarətdir. M.Məmmədli bildirib ki, gənclər millətin genefondu sayılır və buna görə də dövlət hər zaman gənclərin inkişafı ilə bağlı strateji sənədlər qəbul edir.
M.Məmmədli Prezidentin Forumda etdiyi çıxışında dövlətin gənclər siyasətinin əsas istiqamətlərini qeyd edib. Onun fikrincə, ölkə başçısı öz çıxışında bir sıra vacib məqamlara toxunub. Belə ki, Prezident ölkəmizin keçmişi, bu günü, gələcəyi ilə bağlı olduqca maraqlı fikirlər ifadə edib, gənclərə tövsiyələr verib.
M.Məmmədli burada bir məqamı xüsusilə qeyd edib.
“Təhlükəsizliyimiz milli-mənəvi dəyərlərimizlə bağlıdır. Ölkə başçısı haqlı olaraq qeyd etdi ki, bizim dövlət olaraq əsaslandığımız güc milli-mənəvi dəyərlərdir. Hansı ki, bu dəyərlərə sadiqliyimiz hesabına hətta sovet hakmiyyəti tərkibində olduğumuz zaman belə biz öz milli kimliyimizi qorumuşuq. Prezident milli-mənəvi dəyərləri əsas tutan mövqeyi ilə gənclərə çatdırdi ki, yalnız milli-mənəvi dəyərlərə bağlılıqla ölkəmizi təhlükələrdən qoruya bilərik. Prezident qloballaşma dalğası altında bir sıra ölkələrin dağılma, parçalanma təhlükəsi ilə üzləşdiyini qeyd edərək, belə təhlükələrdən qorunmağın yolunu gənclərin dövlətə millətə, torpağa bağlılığı ilə sıx əlaqələndirib. Prezident bu kontekstə gəncləri hər hansı bir yad təbliğata uymamağa çağırıb”.(hafta.az)
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”