“Bu, diqqət və qayğının davamlılığının təminatçısıdır”

15:48 04-02-2022 | icon 338 | Siyasət
“Bu, diqqət və qayğının davamlılığının təminatçısıdır”

Seyidməmməd Məmmədzadə: Gəncləşmə siyasəti öz mühüm əhəmiyyətini göstərməkdədir”

 

“Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti keçmiş steriotipləri qıraraq dövlət idarəçiliyində və əhəmiyyətli dövlət strukturlarında gənclərə daha çox önəm verilməsini təmin etdi. Müasir dövrümüzdə də istənilən sahədə daha çox gənclərin önə çəkilməsinin şahidi oluruq. Dövrün tələbi olan gəncləşmə siyasəti ölkəmizdə öz mühim əhəmiyyətini göstərməkdədir. Cənab Prezidentimiz İlham Əliyevin Gənclər Formunda gənclərlə bağlı səsləndirdiyi fikirlər dövlətimizin biz gənclərə olan diqqətinin bariz nümunəsi olmaqla yanaşı, bu diqqət və qayğının davamlılığının təminatçısıdır”.

 

 

Versus.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitunun doktorantı, gənc debatçı Seyidməmməd Məmmədzadə Gənclər Forumu və Prezidentin çıxışı ilə bağlı açıqlamasında bildirib.

 

 

Gənc siyasətçi qeyd edib ki, gənclik insan ömrünün ən yadda qalan və xüsusi əhəmiyyətli hissəsidir. İnsanın gələcək nailiyyətləri bu illərin məhsuldarlığından və bu dövrün düzgün dəyərləndirilməsindən bilavasitə asılıdı:

 

"Bu mənada hər bir millətin, eləcə də dövlətin gələcək taleyi gənclərə bağlıdır. Tarixə nəzər salsaq və çağdaş dövrümüzə qədər olan mərhələlərdə dövlət idarəçiliyində, eləcə də rəhbər vəzifələrdə müəyyən yaş katrqoriyaları mövcuddur".

 

S.Məmmədzadə bildirib ki, 44 günlük Qaradağ müharibəsində Azərbaycan gəncliyinin vətənə, millətə, torpağa bağlılığı, gənclərimizdə milli dəyərlərin, milli qeyrət hissinin, vətənpərvərlik hissinin ali duyğular və dəyərlər olduğunun bütün dünyaya sübut etdi:

 

“Bu gün müasir gəncliyimiz qloballaşan dünyanın gedişatına ayaq uydurmalı, öz üzərində daima çalışmalıdır. Gənclər siyasətinin mahiyyəti də məhz gənclərin öz potensiallarından maksimum formada yararlanmalarını təmin etmək və istedadlı gənclərin irəli çəkilməsinə şərait yaratmaqdır. Yaradılan imkanlardan istifadə edərək təhsil və biliklərimizi daim artırmalı, zamanın tələblərinə uyğun adekvat addımlar atmaqla  yanaşı yeni tələblər formalaşdırmaq məqsədi ilə özümüzü daim inkişaf etdirməliyik”. (hafta.az)

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada