Prezidentin Gənclər Forumunda verdiyi mesajlar nə idi?
Musa Quliyev: “Prezident öz tövsiyyələrini məhz bu istiqamətdə verdi”
Fevralın 2-də Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Forumda çıxış edən ölkə başçısı həm çıxışı əsnasında, həm də form iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub. Ümumən Forum dövlətin "Gənclər siyasəti" və bu istiqamətdə görülən işlərlə bağlı gənclər, ümumən ölkə ictimaiyyəti qarşısında hansı yeni mənzərəni açıb. Gənclər Forumu və Prezidentin çıxışı nəyi ifadə edir, əhəmiyyəti nədir?
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlamalar verən ictimai-siyasi kəsim maraqlı nüanslara diqqət çəkiblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Prezident Gənclər Günü ilə bağlı keçirilən Forumda Azərbaycan gəncliyini maraqlandıran, düşündürən bütün suallara öz münasibətini bildirib, məsələlərə aydınlıq gətirib.
Deputatın fikrincə, Prezidentin proqram xarakterli çıxışı, suallara verdiyi ətraflı cavab Azərbaycan gəncliyinin keçdiyi yol, mənəvi vətənpərvərlik ruhu, Azərbaycan dövlətinin qurulmasında, inkişafındakı töhfəsi, bundan sonra gələcək üçün fəaliyyət proqramının müəyyənləşdirilməsi üçün çox ciddi yol xəritəsidir:
“Şübhəsiz ki, gənclər hər bir dövlətin gələcəyidir, hərəkətverici qüvvəsidir, daim inkişafda və axtarışda olan bir nəsildir. Cənab Prezident də bu məsələnin üzərində dayanaraq Azərbaycanın gələcəyinin məhz bu gənclərlə bağlı olduğunu və dünyadakı aparıcı çağırışlara gənclərin doğru, düzgün reaksiya verməsinin vacibliyini söylədi. Cənab Prezident söylədi ki, biz 2006-cı ildə Xaricdə təhsillə bağlı dövlət proqramını qəbul etdik və bu proqramdan yararlanan 3000 -dən çox gənc Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə aparıcı universitetlərdə təhsil aldılar. Onların bir qismi Azərbaycana qayıtdı, dövlətçiliyimizin inkişafında öz töhfələrini verdilər və bu gün də yüksək idarəçilik vəzifələrində çalışan insanalarımzın çoxu 2006-2015-ci illər üzrə xaricdə təhsillə bağlı dövlət proqramından yararlanan insanlardır. Bir qismi də xarici ölkələrdə qalaraq Azərbaycanı müvəffəqiyyətlə və layiqincə təmsil edirlər”.
M.Quliyev eyni zamanda Prezidentin sullara cavab verərkən və xüsusilə də çıxışı zamanı milli vətənpərvərlik ruhunda olan tərbiyənin vacibliyi ilə bağlı mühüm məqamlara toxunmasına diqqət çəkib. Deputat Prezidentin çıxışına istinad edərək, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qalibiyyətini həyata keçirən ordunun zabit-əsgər heyətinin məhz gənclər olduğunu önə çəkdi:
“Bir daha Forumda vurğulandı ki, düzgün ideologiya, vətənpərvərlik, ədalət hissi ilə tərbiyə olunan, torpaqlarımızın işğaldan azad olunmasının vacibliyini dərk edən, vətəni, bayrağı sevən və bu simvolları yaşadan gənclik Qarabağda da öz sözünü dedi. İşğaldan sonrakı dövrdə də azad olunmuş ərazilərimizin bərpasında da fəal iştirak edəcək qurucu insanların içərisində əsas ağırlıq məhz gənclərin üzərinə düşəcək”.
Deputat Prezidentin dünyada gedən qloballaşma meyilləri və bu meyillərin mənfi və müsbət tərəfləri ilə bağlı çıxışına toxunaraq Azərbaycan gəncliyini ayaq-sayaq olmağa çağırmasına xüsusilə diqqət çəkib:
“Prezident bildirdi ki, imperializm öz formasını dəyişsə də, mahiyyətini dəyişməyib. Eyni zamanda qeyd edib ki, imperialist dövlətlər Azərbaycan kimi təbii sərvətlərə malik zəngin ölkələri idarə etmək, öz xammal bazasına çevirmək üçün onlardan marianet dövlətlər qurub sonra istədikləri şəkildə yönəldirlər. Prezident söylədi ki, 2000-ci ildən başlayan rəngli inqilablar seriyası hələ bitməyib. Onlar bir neçə ölkələrdə, o cümlədən ərəb ölkələrində, bəzi MDB dövlətlərində bu siyasətlərini həyata keçirdə bildilər. O ölkələrin hansındakı rəngli inqilablar həyata keçirilmişdi, hələ də orda sabitlik, inkişaf yoxdur, əksinə tənəzzül və qarşıdurma davam etməkdədir. Və cənab Prezident açıq şəkildə söylədi ki, 2003, 2005, 2008-ci illərdə onlar belə cəhdlərdə bulunsalar da Azərbaycan dövlətinin möhkəmliyi, dövlət başçısının qətiyyətli siyasəti və xalqın dövlət başçısına arxalanaraq ona dəstək verməsi bu bəd niyyətləri puça çıxartdı. Amma eyni zamanda onlar da öz bəd əməllərindən əl çəkmirlər, sosial şəbəkələr vasitəsi ilə gəncləri yoldan çıxardaraq onları antidövlət addımları atmağa sövq edirlər. Cənab Prezident gənclərə öz tövsiyyələrini məhz bu istiqamətdə verdi. Eyni zamanda gənclərimizin sağlam həyat tərzi keçirmələri, idmanla məşğul olmaları ilə bağlı, o cümlədən kreativ düşüncəyə malik gənclərimizin yaxşı universitetlərdə təhsil alacağı ilə əlaqədar dövlətin yaratdığı şəraitlə bağlı öz fikirlərini bildirdi. Və bir daha Azərbaycan gəncliyini Azərbaycanın daha da qüdrətlənməsi, tərəqqisi naminə fəal olmağa çağırdı”. (hafta.az)
T.Qafarlı
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”