“Havadarları onları nə vaxta qədər qoruya biləcək?”

12:46 05-02-2022 | icon 390 | Siyasət
“Havadarları onları nə vaxta qədər qoruya biləcək?”

Əlövsət Abdullayev: “Onları müdafiə edən dövlətlər bu cinayətlərin miqyasını genişləndirirlər”

 

“...Məhz həmin o siyasi mühit yetişdiyi üçün ərazilərimiz işğaldan azad olundu. İndi də ölkəmiz tərəfindən axtarışa verilmiş şəxslərin həbs olunmaması, sərbəst görüşlər keçirməsi o anlama gəlməməlidir ki, Azərbaycan onları həbs etməkdə maraqlı deyil. Sadəcə həmin cinayətkar şəxslər məlum qruplar və ya dövlətlər tərəfindən himayə olunurlar. İnanıram ki, onlar mütləq mühakimə olunacaqlar”.

 

Versus.Az xəbər verir ki, bunu beynəlxalq hüquqşünas Əlövsət Abdullayev Azərbaycan ictimaiyyətini narahat edən “Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi erməni separatçılarının rəhbərləri niyə həbs olunmur” sualına aydınlıq gətirərkən bildirib. 

 

Ə.Abdullayev qeyd edib ki, son günlər bu sual vətəndaşları narahat edir və te-tez verilir. Hüquqşünas bu məsələnin ciddi narahatlıq doğurmasını təbii hesab edir:

 

“Azərbaycan 30 ilə qədər bir müddətdə işğal altında olan ərzilərimizin azad olunması istiqamətində mübarizə apardı. Bu mübarizə çox ehtiyatlı, düşünülmüş formada, siyasi səhvə yol verilmədən aparıldı. Onda da bu suallar verilirdi ki, biz buna niyə dözürük, niyə hücuma keçmirik...”

 

Hüquqşünas hesab edir ki, əslində hər hansı bir ciddi addımın atılması üçün siyasi mühit formalaşmalıdır. Bu olmazsa güc faktoru belə problemin həllində rol oynaya bilməz:

 

“Dəfələrlə erməni silahlıları, cinayətkarları ilə bağlı məsələ qaldırılarkən qeyd edilir ki, həmin cinayətkarlar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə sərbəst görüşlər keçirirlər. Hər şey aydındır, göz qanbağındadır. Görürsünüzmü, bu da artıq hüquqi müstəvidən kənarlaşıb siyasi müstəviyə keçib. Yəni bu gün onları həbs etmək asan deyil, amma sabah bunu deyə bilmərik təbii. Yəni kənardan asan görünə bilər və müvafiq səlahiyyətli şəxsləri qınamaq da olar, amma məsələ reallıqda həmin sualları verən şəxslərin düşündükləri kimi deyil”.

 

Ə.Abdullayev qeyd edib ki, erməni cinayətkarlarının mühakimə olunması beynəlxalq hüquq normalarına, xüsusilə beynəlxalq cinayət hüquq normalarına, eyni zamanda milli cinayət hüquq normalarına uyğundur:

 

“Belə olan halda hər hansı dövlət onları nə qədər müdafiə edə bilər?! Onları müdafiə edən dövlətlər törədilən cinayətlərin qarşısının alınmasında maraqlı deyillər təbii, əksinə prosesi daha da alovlandırmaq və bu cinayətlərin miqyasını genişləndirməyin tərəfdarları hesab oluna bilərlər”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada