“Artıq yekun sülh sazişinin imzalanması üçün bütün addımların atılması vacibdir”
Elşad Mirbəşiroğlu: "Fransanın hazırki mövqeyi ona dəlalət edir ki, artıq..."
Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Makron və Ermənistan baş naziri ilə görüşünün baş tutması post-münaqişə mərhələsində cərəyan edən proseslərin dinamikliyindən xəbər verir. Vaxtilə Ermənistana hərtərəfli dəstək verən, bəzi hallarda onu təxribatlara sövq edən Fransanın hazırki mövqeyi ona dəlalət edir ki, artıq o, reallıqları qəbul etmək məcburiyyətində qalıb.
Versus.az bu barədə açıqlama verən Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Aİ, Azərbaycan, Fransa, Ermənistan rəsmilərinin son görüşü və həmin görüşdə müzakirə olunan məsələlərin ölkəmiz üçün əhəmiyyəti və gözləntilər barədə açıqlamasında bildirib.
E.Mirbəşiroğlu ötən ilin dekabr ayında Azərbaycan prezidentinin Brüsselə səfərini xatırladaraq məhz orada imzalanmış 3 sənədə istnad edilməsi və qəbul olunan səndlərdə ölkəmizin maraqlarına uyğun məqamların yer aldığını qeyd edib. Deputat hesab edir ki, Azərbaycan artıq özünün haqlı, ədalətli mövqelərini dünyaya qəbul etdirməyi bacardı:
“Bu ilin aprel ayında Fransada növbəti prezident seçkiləri keçirilməsinə baxmayaraq Makron Azərbaycanın mahiyyət etibarilə haqlı maraqlarına uyğun mövqe sərgilədi. Fransada səsvermə hüququna malik çoxsaylı ermənilər yaşamaqdadır. Buna baxmayaraq Azərbaycanın haqlı mövqelərinin dəstəkləndiyi görünməkdədir”.
E.Mirbəşiroğlu bu mənada Ermənistan mediasının Fransa prezidenti, ümumiyyətlə Avropa ölkələrinin son mövqelərini dözümsüz qarşıladığını deyib:
“Azərbaycan keçmiş münaqişə vəziyyətində haqlı mövqelərə malik idi. Biz haqlı mövqelərimizi dünayaya sübut etməyi bacardıq. Təbii ki, biz hərbi yolla, 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdik. Eyni zamanda informasiya, diplomatik müstəvidə də haqlı mövqelərimizi dünyaya çatdırdıq. Təbii ki, Azərbaycanın malik olduğu iqtisadi əməkdaşlıq potensialı da burada öz rolunu oynadı. Bu da bizim uğurumuzdur. Erməni mediası isə malik olduğu enerji ehtiyatlarına görə Azərbaycana bu cür münasibət bəslənildiyini bildirir. Bu onun göstəricisidir ki, artıq Ermənistan da görür ki, Avropa ölkələri, əsasən də Fransa artıq reallıqla barışıb”.
Deputat məlum 4 fevral görüşünün fonunda bildirib ki, hərtərəfli potensialın inkişaf etdirilməsi, ölkəmizi əməkdaşlıq üçün cəlbedici etməyimiz bizim haqlı maraqlarımızın müdafiəsi yönündə təsirli rol oynadı. Onun fikrincə, hansı mexanizmlərin tətbiq olunmasından asılı olmayaraq biz münaqişə vəziyyətində haqlı mövqelərə malik idik və milli maraqlarımızı da uğurla müdafiə etməkdəyik:
“Hesab edirəm ki, artıq hamının dəstəklədiyi yeganə yol ondan ibarətdir ki, yekun sülh sazişinin tez bir zamanda imzalanması üçün bütün addımların atılması vacibdir”. (hafta.az)
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”