"O, "cib müxalifəti" deyəndə AXCP və Müsavatı nəzərdə tutur"

11:06 14-02-2022 | icon 892 | Siyasət
"O, "cib müxalifəti" deyəndə AXCP və Müsavatı nəzərdə tutur"

Fuad Əliyev: "Deyir ki, “niyə çörəyimi yemisiz, indi mənə qarşı çıxırsız?”"

 

AMEA prezidenti Ramiz Mehdiyevin onu tənqid edənlərə “yaylım atəşi açması” ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. “Boz kardinal” kimə gəldi dil uzadıb, deputatları təhqir edib, hökumətlə dialoqa gedən siyasi partiyaları “cib müxalifəti” adlandırıb. Bir sözlə, R.Mehdiyev vaxtilə təmsil olunduğu hakim komanda başda olmaqla hər kəsə savaş açıb, sərt mesajlar ünvanlayıb.

 

O həm də özünün qurulmasında yaxından iştirak etdiyi sistemi söküb-dağıtmağa, zədələməyə həvəsli görünür. Görünən odur ki, “Boz kardinal” dirənməyə davam edəcək. Acınacaqlı və gülməli durum da odur ki, R.Mehdiyev ölkə müxalifətində yer alanları “cib müxalifəti” adlandırır. Onun bu açıqlamaları hakimiyyət komandasının öz daxilində, həmçinin iqtidara yaxın şəxslərdə daha çox etiraz doğurub.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bəzi ehtimallar irəli sürüb:

 

“Hörmətli Ramiz Mehdiyev bəzi müxalifət nümayəndələri və deputatlar haqqında nə deyibsə, düz deyib. Biz bunu deyəndə hardasa ehtimal edib deyirdik. Amma Ramiz müəllim nəyəsə əsaslanıb deyir. Nəyəsə deyəndə ki, özünün, vaxtı ilə Administrasiya rəhbəri olduğu dövrdə təyin etdiyi deputatları, ”cib müxalifəti" deyəndə isə AXCP və Müsavatı nəzərdə tutur. Digər partiyalar var ki, onlar hələ ki, gözləmə mövqeyindədirlər. Ramiz Mehdiyev bunları nəzərdə tutub. Bunlara deyir ki, “niyə mənim çörəyimi yemisiz, indi mənə qarşı çıxırsız?”. 

 

Fuad Əliyev vurğulayıb ki, bir az keçəndən sonra bu partiyalar ona siyasi dəstək verəcəklər:

 

"Necə ki, Əli İnsanova verdilər, indi də çalışırlar Eldar Həsənova bəraət qazandırsınlar. Ramiz Mehdiyevin yaratdığı şəbəkə hələ ki güclüdür. Hökumətdə, parlamentdə kifayət qədər onun təyin etdiyi adamları var. Ona görə də o müqavimət göstərir. Amma bütün bunlar boş seylərdir. O başa düşməlidir ki, onun dövrü bitib, bununla razılaşmalıdır. Öz istəyiylə istefaya getməlidir. Sivil ölkələrdə bunun yolu belədir. İkinci yol onun dövlət başçısının fərmanı ilə vəzifəsindən kənarlaşdırmaqdır. Fikrimcə, birincini seçsə daha düzgün olar. Hər şeyi vaxtında etmək lazımdır". /Yeni Müsavat/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada