MMP-dən Ukraynaya dəstək BƏYANATI

15:33 25-02-2022 | icon 617 | Siyasət
MMP-dən Ukraynaya dəstək BƏYANATI

Rusiyaya qarşı ən sərt addımlar atılmalı və...

 

Donetskdə Ukrayna ordusu ilə Rusiya arasında toqquşma baş verdi. Donetskdə vəziyyət son dərəcə gərginləşib və döyüşlər gedir. Rusiyanın xüsusi təyinatlıları bölgədə hərəkətə keçib. Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edir. Amma hücum edən Rusiyadır və ərazi işğal etmək istəyən də Rusiyadır.

 
 
Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyası bununla bağlı Bəyanat verib.
 
 
Bəyanatda Müasir Müsavat Partiyası Ukraynanın yanında olduğunu bildirir:
 
 
"Ukrayna xalqının öz torpaqları uğrunda apardıqları mübarizədən qalib çıxacaqlarını ümid edirik. İşağalçı Rusiya istəyinə nail ola bilməyəcək. Rusiyaya qarşı ən sərt addımlar atılmalı və rus ordusu dayandırılmalıdır.
Partiya olaraq ümid edirik ki, Rusiyaya qarşı çox ciddi tədbirlər görüləcək və sanksiyalar dalğavari olacaq. Rusiyaya qarşı mübarizədə Qərb və ABŞ güclərini səfərbər edib. Düşünürük ki, Qərb də, ABŞ da Ukrayna məsələsində çox ciddi aktivlik göstərəcək.
 
 
Ukrayna hansısa şəkildə öz ərazilərini azad etməyə çalışır. Hazırda bununla bağlı daxili və xarici faktorlar güclənməkdədir. Ukraynanın Donbası azad etməsi üçün ən uyğun zaman kəsimidir. Ukrayna ordusunun öz torpaqlarını azad edəcəklərini və işğalçıları torpaqlarından qovacaqlarını gözləyirik.
 
 
Müasir Müsavat Partiyası bu müharibədə son qədər Ukraynanın yanındadır. Donbas, Luqansk, Krım Ukraynadır!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada