Ermənistanın “Minsk Qrupu” sərsəmləməsi və REALLIQLAR

10:38 15-03-2022 | icon 516 | Siyasət
Ermənistanın “Minsk Qrupu” sərsəmləməsi və REALLIQLAR

“O qurum danışıqlar aparmaq mandatına malik deyil”

 

Ermənistan cəfəng iddialarından əl çəkmir. Qarabağı cəbhədə uduzan işğalçı Ermənistan utanmadan yenə absurd təkliflərlə çıxış edir. Ermənistanın bəyanat verərək Azərbaycanla sülh sazişi bağlamaq üçün danışıqlara ATƏT-in Minsk Qrupunun cəlb olunmasını deməsi bu mənada birmənalı qarşılana bilməz.

 

İndiki reallıqda Ukrayna məsələsinə görə az qala bir-birini didən ABŞ, Fransa, Rusiyanın məhz Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh danışıqlarına cəlb edilməsi kimə, nəyə lazımdır və nəyə xidmət edə bilər? Üstəlik, belə bir ərəfədə Ermənistanın Rusiyanın vasitəçiliyini  bir kənara qoyub, ABŞ və Fransanın da qatıldığı Minsk Qrupunu gündəmə gətirməkdə məqsəd nədir?

 

“Atlas” Araşdırmaları Mərkəsinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, indiki mərhələdə bir-biri ilə münasibətləri gərgin olan Fransa, ABŞ və Rusiyanın gəlib Qarabağda sülhyaratma danışıqları ilə məşğul olması inandırıcı görünmür.

 

Onun fikrincə, Ermənistan-Qarabağ məsələsində son əsas oyunçular Rusiya ilə Türkiyədir. Ermənistan guya ABŞ və Fransanı da prosesə cəlb etmək istəsə də, yanlışdır:

 

“Çünki inanmıram ki, ABŞ-la Fransa Ukrayna hadisələri fonunda oturub Rusiya ilə Qarabağda sülh sazişini müzakirə etsinlər. Ermənistan özü də etiraf edir ki, Minsk Qrupunun Qarabağdakı imkanları tükənib. Ona gərə də onları Azərbaycan-Ermənistan danışıqlarına cəlb etmək istəyirlər. Halbu ki, Minsk Qrupunun belə bir mandatı da yoxdur. 44 günlük Qarabağ müharibəsindən sonra bizim bu qurupa ehtiyacımız yoxdur.  Yaxud, Ermənistan sülh imzalamaq üçün niyə vasitəçi axtarmalıdır. Biz birbaşa danışıqlara hazırıq. Antalyada bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da erməni həmkarına dedi”.

 

E.Şahinoğlu qeyd edib ki, Ermənistan Minsk Qrupunu danışıqlara cəlb etmək istəsə də, Qarabağ münaqişəsi bizim üçün bitib:

 

“Regionda qalan problemləri özümüz həll etməliyik və buna görə də Ermənistanla danışıqlar aparmağımıza ehtiyac yoxdur. Ermənistan ancaq sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, “Zəngəzur dəhlizi” mövzusunu gündəmdə saxlaya bilər. Çünki dəhlizin açılmasını o qədər uzatdılar ki, məcbur qalıb məsələni İranla həll etdik. Amma yenə də Mehri üzərindən dəhlizin keçməsi mövzusu gündəmdə qalır.

Ermənilər öz düşüncələrinə görə guya hiyləgər gediş ediblər.  Ukrayna ilə müharibənin getdiyi bir dövrdə, qərb ölkələrinin Rusiyaya qarşı səırt sanksiyaları olduğu bir vaxtda Minsk Qrupunu prosesə cəlb etmək istəyirlər. Amma artıq ABŞ-la Fransanın Minsk Qrupu çərçivəsində birgə fəlaiyəti mümkün deyil”.

 

Siyasi analitik Aytən Qurbanova bildirib ki, ATƏT-in Minsk Qrupunun dövriyyəyə çıxarılması məsələsi dəfələrlə gündəmə gətirilsə də, Azərbaycan rəsmi bəyanatlarında, eləcə də ölkə başçısının bütün çıxışlarında aydın şəkildə ifadə edib ki, Minsk Qrupu formatında danışıqların aparılması Azərbaycan tərəfindən qəbul edilən deyil və buna heç bir ehtiyac da yoxdur:

 

“Çünki keçmiş Dağlıq Qarabağda münaqişə bitib, heç bir status məsələsi yoxdur. Ona görə də Azərbaycan sadəcə olaraq delimitasiya, demorkasiya məsələsi ilə bağlı müzakirələri davam etdirir. Növbəti mərhələ isə ərazi bütövlüyünün tanınması və sülh müqaviləsinə nail olunması ilə bağlıdır. Ermənistan tərəfinin dəfələrlə ATƏT-in Minsk Qrupu ilə bağlı bəyanatla çıxış eləməsi, sadəcə olaraq vaxt qazanmağa və prosesi uzatmağa hesablanıb. Bəllidir ki, artıq Ukrayna böhranı kifayət qədər uzanmaqdadır. Müharibənin davam etdiyi bir dövrdə Rusiya hansısa bir formada başqa bir münaqişənin, mübahisəli vəziyyətin tənzimləyicisi qismində çıxış edə bilməz”.

 

Politoloq hesab edir ki, Rusiya üçtərəfli bəyanata əsasən kifayət qədər öhtəlikləri üzərinə götürüb. Onun sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələrin regionda yerləşməsi, bu qüvvələrin iki etnik qrup arasında inteqrasiya proseslərində tənzimləyici rolu öz üzərinə götürməsi belə bu dövlətin prosesə cəlb olunması üçün yetərlidir:

 

“Fransanın, ABŞ-ın Qarabağ müharibəsi dövründəki mövqeləri bəlli idi. Ona görə də bundan sonrakı mərhələdə hansısa formada Minsk formatında danışıqların aparılması Azərbaycan tərəfindən qəbul edilməyəcək bir təklifdir. Bu, prosesin uzadılmaslna yönəlib”.

 

A.Qurbanovanın fikrincə, növbəti mərhələdə Ermənistan istənilən bəyanatla çıxış eləsə, bu sadəcə olaraq onların öz ziyanınadır:

 

“Artıq bəllidir ki, İranla da növbəti tranzit xətəri ilə bağlı müqavilə imzalandı. Ermənistan “Zəngəzur” dəhlizi ilə bağlı prosesin uzadılması ilə bağlı adekvat addımlar atımışdı. Bundan sonrakı mərhələdə neqativ təsirlər, neqativ nəticələr Ermənistan üzərində daha çox hiss olunacaq. Sülh prosesinin uzadılması, sülhə nail olunmaması daha çox Ermənistanın özünə mənfi təsir edəcək. İstənilən halda Ermənistan gec-tez Azərbaycanla sülh müqaviləsini imzalamağa, ərazi bütövlüyünü tanımağa, sərhədlərin müəyyənləşdirilməsinə məcburdur. Azərbaycanın rəsmi məlumatlarında da bildirilib ki, Ermənistana 5 təklif göndərilib və verilən cavablara müvafiq bu proses davam edəcək. Amma Minsk Formatı Azərbaycan tərəfi üçün istənilən halda istisnadır”.

 

Politoloq Natiq Cəfərli bildirib ki, Ermənistanın rəsmi nümayəndəsinin Qarabağla bağlı nə deməsi o dərəcədə vacib deyil:

 

“Çünki  ATƏT-in Minsk Qrupu formatı çoxdan bitib. ATƏT-in Minsk Qrupunun mandatı münaqişənin həll yolları ilə bağlı müxtəlif formatların təqdimatı idi, sülh müqavilələri ilə bağlı deyildi. Orda söhbət “Kazan, Madrid Prinsipləri”ndən gedirdi.  Masada bunların heç biri yoxdursa, Minsk Qrupunun mandatı bitib. Yəni o qurum danışıqlar aparmaq mandatına malik deyil”.

 

N.Cəfərli hesab edir ki, Ermənistan tərəfdən belə açıqlamaların verilməsi bəzi Qərb dairələrinin xoşuna gəlmək üçündür:

 

“İndi Rusiyanın Ukraynada işğalçı müharibəsi uzandıqca, Rusiyanın yanında duranlar da ondan aralanmağa başlayacaq. Ona görə də bu məsələnin siyasi piyar tərəfi də var. Amma praktik tərəfi görünmür. Müqavilə iki tərəf arasında olacaq və bu da ikitərəfli danışıqların nəticəsində olacaq”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada