“Proseslər Qarabağdakı problemlərin həllinə aparır”

13:28 17-03-2022 | icon 477 | Siyasət
“Proseslər Qarabağdakı problemlərin həllinə aparır”

Zərdüşt Əlizadə: “Rus sülhməramlıları bölgədən tam çıxarılmadığına görə bölgədə də heç nə dəyişmir”

 

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin bir hissəsini çıxarıb Ukraynaya aparması ilə bağlı məlumatlar ictimai rəydə maraqla izlənir. Belə fikirlər var ki, Qarabağdakı rus sülhməramlılarını türk sülhməramlıları əvəz edə bilər. Rus sülhməramlıların indiki məqamda Qarabağdan çıxarılması, əvəzində bölgəyə Türkiyə əsgərlərinin gətirilməsi nə dərəcədə realdır və rus sülhməramlılarının bir hissəsinin çıxarılması nəyi dəyişəcək?

 

Versus.Az xəbər verir ki, politoloq Zərdüşt Əlizadə açıqlamasında rus sülhməramlı missiyası ilə türk sülhməramlılarının əvəzlənməsini real hesab etmir.

 

Politoloq bildirib ki, rus sülhməramlıları bölgədən tam çıxarılmadığına görə bölgədə də heç nə dəyişmir:

 

“Rusiya bütün hərbi kontingentini çıxardıb orada 100 nəfər hərbçi saxlasa da, Azərbaycan götürdüyü öhtəliklərə uyğun olaraq həmin ərazilərə qoşunla daxil olmayacaq. Çünki üçtərəfli sazişə əsasən sülhməramlıların Qarabağa gəlişi hərbi güclə yox, mandatla təsdiqlənmişdi”.

 

Türk əsgərlərinin sülhməramlı kimi bölgəyə yerləşdirilməsinə gəlincə, Z.Əlizadə qeyd edib ki, türk müşahidəçiləri onların orda olmalarını təsdiqləməyə kifayət edir:

 

“Düşünmürən ki, burda belə bir yerdəyişmə olsun. Yəni rus sülhməramlıları gedə bilər, amma yerlərinə türk əsgərlərinin gəlməsinə inanmıram. Ümumiyyətlə, Qarabağda ermənilərin taleyi bu yaxınlarda həll ediləcək. Qarabağ münaqişəsi tarixdə qalacaq”.

 

Z.Əlizadə hesab edir ki, Qarabağda sülhyaratma missiyasını daşıyan Rusiyanın başı Ukraynada apardığı müharibəyə qarışsa da, üçtərəfli sazişin yerinə yetirilməsi ilə bağlı gözləməliyik. Onun fikrincə, proseslər özü-özlüyündə Qarabağdakı problemlərin həllinə aparacaq. /“həftə içi”/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada