ANAP Avropa Parlamentinə etiraz etdi
“Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. Martın 10-da qəbul olunan guya “Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı” qətnamə Avropa dövlətlərinin keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam etmiş uzun illik diplomatik prosesdə ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın və riyakar siyasətin, həm 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsində, həm də Azərbaycanın Zəfərindən sonra dövlətimizə qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür”.
Versus.az xəbər verir ki, bu fikirlər Azərbaycan Naminə Alyans Partiyasının Avropa Parlamentinin “Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı” qətnaməsinə etiraz olaraq verdiyi bəyanatında yer alıb.
Eləcə də bəyanatda deyilir:
“Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır.
Şübhə yoxdur ki, Avropa Parlamenti tərəfindən qəbul olunan məlum qətnamə həmin dövlətlərin guya xristian dünyasının İslam aləmi qarşısında avanpostu olan “əzabkeş” erməni xalqının mədəni irsinin qorunmasına deyil, Cənubi Qafqazda özlərinin siyasi təsir imkanlarını artırmağa çalışan dövlətlərin və təşkilatın maraqlarını təmin etməyə xidmət edir.
Bu ədalətsiz qətnamə bir daha nümayiş etdirdi ki, vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsi məhv etdiklərinə dair sualları cavablandırmaq əvəzinə ermənilər Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmdə dezinformasiya yaymaqda davam edirlər.
Azərbaycan Naminə Alyans Partiyası erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin erməni lobbisisinə yaxın olan müəyyən qrupların və şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsini Azərbaycana qarşı növbəti ədalətsiz addım kimi qiymətləndirir və həm Avropa Parlamentini, həm də digər beynəlxalq qurumları bu cür tarixi həqiqətlərə və hüquqa zidd addımlardan çəkinməyə çağırır”.
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”