BMT rəsmisi Şuşadan mesaj verdi

15:12 18-03-2022 | icon 406 | Siyasət
BMT rəsmisi Şuşadan mesaj verdi

“BMT təsisatları Azərbaycanın azad olunmuş torpaqlarında minalardan təmizləmə və bərpa işlərinə kömək göstərəcək”.

 

Versus.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şuşada Azərbaycanın bu təşkilatla tərəfdaşlığının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirib:

 

“1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu və ötən dövr ərzində əməkdaşlığımızı gücləndirmək üçün çalışmışıq. Bakıdakı ofisimiz yeni açılanda münaqişə nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə kömək edirdik”.

 

BMT rəsmisi 2021-ci il martın 1-də təşkilatla Azərbaycan arasında qarşıdakı 5 il ərzində əməkdaşlığın başlıca istiqamətlərinə dair çərçivə sazişi imzalandığını xatırladıb:

 

“Bunlar arasında gender bərabərliyi, ətraf mühitin mühafizəsi, inklüziv inkişaf məsələləri də var. Hazırda bu istiqamətdə səylə çalışırıq”.

 

V.Andreyeva Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini, o cümlədən təşkilat çərçivəsində pandemiyaya qarşı görülən tədbirlərə töhfəsini yüksək dəyərləndirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada