Ermənilərə MESAJ
"Bu təyyarə Xankəndiyə də enəcək"
Ötən gün Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 ili qeyd olundu. Tədbirdə iştirak edən BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin və dövlət rəsmilərinin “Xankəndi” təyyarəsilə Qarabağa səfəri maraqla qarşılandı və bununla bağlı sosial şəbəkələrdə geniş müzakirələr açıldı.
BMT rəsmilərinin Şuşaya məhz “Xankəndi” təyyarəsilə səfəri Ermənistana mesaj kimi qiymətləndirilir. Bildirilir ki, Azərbaycan bununla ermənilərin yaşadığı Xankəndi şəhərinə də tezliklə belə səfərlərin olacağının mesajını verdir.
Bəs "Xankəndi" təyyarəsi Xankəndi şəhərinə nə vaxt enəcək?
Versus.Az xəbər verir ki, Milli Məclisin deputatları yaxın vaxtlarda bunun mümkün olacağını söyləyiblər.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədovun sözlərinə görə, "Xankəndi" təyyarəsinin Füzuliyə enməsi düşmənə növbəti dağ oldu:
"Simvolik olaraq sevindirici haldır ki, "Xankəndi" təyyarəsi Füzuliyə eniş etdi. Ermənilərin olan-qalan ümidi də puç oldu. Bu, düşmənə ümid verənlərə növbəti tutarlı cavab oldu. Artıq beynəlxalq qurumlar və BMT-nin üzvləri Şuşaya gedirlər. O gün uzaq deyil ki, bir gün "Xankəndi" təyyarəsi Xankəndiyə, Xocalıya, Xocavəndə eniş edəcək. Hər şeyin zamana ehtiyacı var".
Ağdamdan olan deputat Aqil Abbas hesab edir ki, Xankəndiyə mütləq gedəcəyik, lakin səbrli olmaq lazımdır:
"Qarşıdakı bir-iki ildə "Xankəndi" təyyarəsi birbaşa Xankəndiyə enəcək. Xankəndi, Xocalı bizim torpaqlarımızıdır. Yaxın illərdə bu yerlərə də səfərlərin şahidi olacağıq".
Deputat Fazil Mustafa qeyd edib ki, "Xankəndi" təyyarəsinin Qarabağa uçması ermənilərə mesaj idi:
"Cocuq-Mərcanlıda Gövhər Ağa məscidi inşa olunan zaman cənab Prezident İlham Əliyev dedi ki, bir gün Gövhər Ağa məscidini Şuşanın özündə bərpa edəcəyik. "Xankəndi" də bir gün Xankəndiyə eniş edəcək. Hər şey yenidən başlayır. Nəzərdə tutulan hədəflər sonunda reallaşacaq".
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”