Putin administrasiyası niyə susur?
Aydın Quliyev: “Bu “sükut” erməniləri həvəsləndirir, onlara ümid verir”
“Ermənilər əvvəlcə təmas xəttində təxribat törədir, ardınca guya Azərbaycanın təmas xəttini pozması barədə hay-küy qoparır, puldan-paradan basıb Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan hərbçilərinin guya sülhmıramlıların məsuliyyət zonasına daxil olduqları barədə xəbər yerləşdirir, hətta Fransa və Amerikanın xarici işlər nazirlərindən Azərbaycanı "əvvəlki mövqeyə" çəkilməyə çağıran bəyanat çıxarmağa da nail olurlar. Sonra da Putinə məlum cəfəng müraciəti edirlər”.
Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Qarabağda olan separatçı ermənilərin özləri üçün yaratdıqları "Təhlükəsizlik Şurası"nın adından Rusiya prezidenti Vladimir Putinə müraciət edərək sülhməramlıların sayını və hərbi texnikasını artırmağı xahiş etməsinə münasibət bildirərkən deyib.
A.Quliyev deyib ki, bu prosesin altındakı erməni bicliyi, saxtakarlığı hər kəsə bəllidir. Onun fikrincə, burada maraqlı olan məqam Putin administrasiyasının separatçı ermənilərin müraciətinə müəmmalı şəkildə susmasıdır. Hansı ki, bu “sükut” erməniləri həvəsləndirir, onlara ümid verir.
Siyasi şərhçi qeyd edib ki, hələ 2014-cü ildə Ukraynadan ayrılan Donbas və Luqanskın tanınma barədə müraciətləri də beləcə sükutun ixtiyarına buraxılmışdı və sükut 8 il sonra bəlli formada pozuldu:
“Putin cənabları Azərbaycanla strateji tərfdaşlığı səmimi ortamda, heç bir hiylə güdmədən aparmaq istəyirsə, belə müraciətlərə susmaqla yox, açıq cavab verməlidir. Məsələn, deyə bilərdi ki, belə məsələlər dövlətlər arasında həll edilir, hansısa etnik toplumun müraciəti ilə yox...” /hafta.az/
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”