Bu gün İlham Əliyevlə Nikol Paşinyan GÖRÜŞƏCƏK
Prezident Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini xatırladacaq
Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Versus.Az xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.
Danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələləri müzakirə ediləcək.
İlham Əliyev Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini xatırladacaq.
İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Brüssel gündəliyindən söz açaraq demişdi:
“Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”