Ölməli idi, öldü

17:37 06-04-2022 | icon 343 | Siyasət
Ölməli idi, öldü

Hafiz Hacıyev: “Jirinovski avaranın biri idi"

 

“Vladimir Jirinovski avaranın biri idi, ölməli idi”.

 

Bu sözləri Azxeber.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev rusiyalı siyasətçi Vladimir Jirinovskinin ölüm xəbərinə münasibət bildirərkən deyib.

 
 

O qeyd edib ki, Rusiya çökmək ərəfəsindədir və Jirinovski kimi siyasətçilər az müddət sonra ölkədən qaçacaq:

 

“O, rus imperiyasının yaşaması üçün, dövlətlərə təcavüz etmək üçün Putinin əvvəlcədən danışan dili idi. Ona deyirdilər, o da deyirdi, ictimai rəy hazırlayırdılar. Putinin indi partiyası var, partiyadan belə təlxəklər çox olacaq. Rusiya artıq çökmək ərəfəsindədir, imperiyaların axırı həmişə pis aqibətlə qurtarır. Ona görə də Rusiyanın başqa dövlətlərə təcavüz edib torpaqlarını artırmaq, işğalçılıqla məşğul olmaq məsələsi yekunlaşmaq üzrədir. Nə qədər Jirinovski kimilər olur-olsun, artıq Rusiya çökür, ruslara dünyada etibar qalmayıb”.

 

Hafiz Hacıyev daha sonra qeyd edib ki, Rusiya özünü işğalçı ölkə kimi tanıdıb:

 

“Bu, işğalçı dövlətdir. Onun da başında Putin dayanır. Rusiya parçalanacaq, o zaman Jirinovski kimilər də heç qalmayacaqlar orada, ola bilər, hamısı qaçıb getsin. Rusiya işğalçı dövlət kimi özünü tanıtdı. Bunlar hamısı dünyada təhlil olunur. Azərbaycanda Xocalı soyqırımını törədən ruslar olmadılarmı? Bunlar hamısı göz önündədir. Ona görə də Rusiyada Jirinovski kimilərin yetişməsinin də heç bir əhəmiyyəti yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada