AMİP partiyaları bir araya GƏTİRDİ

11:06 05-07-2022 | icon 891 | Siyasət
AMİP partiyaları bir araya GƏTİRDİ

Partiya rəhbərləri AMİP-i məktəb, özlərini o məktəbin şagirdləri adlandırdılar

 

İyulun 4-də Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 30 illik yubileyi ilə əlaqədar olaraq iqtidar və müxalifət partiyalarını bir araya gətirdi. AXCP, Müsavat və Milli Şura üzvlərindən başqa, demək olar ki, hər kəs İstiqlalçılara qoşulmuşdular.

 

Versus.Az xəbər verir ki, tədbirdə Milli İstiqlal Partiyasının meydan hərəkatından başlayaraq keçdiyi 30 illik yola nəzər salındı. Meydanlada kök atan və bu günə qədər AMİP-lə birlikdə yürüyən siyasilərin fəaliyyətinə bir daha videoarxiv materiallar əsasında diqqət çəkildi. AMİP-in Azərbaycan siyasi partiya sistemindəki yeri, tarixi çəkisi bir daha vurğulandı.

 

Tədbirdə partiyanın yaradıcısı, hazırda lideri olan Etibar Məmmədov çıxış edərək, AMİP-in "yol xəritəsi"ndəki ən mühüm hədəflərə nail olduqlarını və dövlətin müstəqilliyi, istiqlalı uğrunda apardıqları mübarizədə mühüm addımlar atdıqlarını, bu kursu bundan sonra da davam edəcəklərini bildirdi.

 

AMİP-lə bağlı tədbirdə səslənən əsas fikirlərdən biri partiyanın Azərbaycanda yaranan ilk siyasi təşkilat olaraq siyasi partiya quruculuğu sistemindəki rolu və partiya institunun inkişafında bir məktəb olması ilə bağlı idi.

 

Çıxışçılar AMİP-in fəaliyyət prosesində iştirak edən bir çox siyasilərin bu gün ayrı-ayrı dövlət idarələrində peşəkar kadrlar kimi fəaliyyət göstərdiyini vurğuladı. AMİP-də siyasi təcrübə qazanan əksər siyasətçilərin sonradan yeni partiyalar yaradaraq fəaliyyətlərini davam etdirmələri onun uğurları sırasında qeyd edildi.

 

Azərbaycanın müstəqilliyi yolunda birgə mübarizəyə qoşulan bir çox partiya sədrləri AMİP-i doğma ocaq kimi xatırladıqlarını dedilər.

 

Bu gün Milli Məclisdə, digər dövlət orqanlarında, siyasi partiyalarda yer alan keçmiş AMİP-çilər bu siyasi mübarizədə müstəqillik, torpaqların işaldan azad olunması yolunda məhz birgə fəaliyyət nəticəsində uğurlara imza atıldığını və yeni dünya düzənində milli dövlətçilik dəyərləri naminə bu gün də birlikdə mübarizə aparmağa ehtiyac olduğunu bəyan etdilər.

 

YAP, AVP, Böyük Quruluş, MDHP və digər müxalifətdən olan siyasi partiya sədrləri bütün partiyaları birliyə, birgə əməkdaşlığa dəvət etməklə, dünən görülən işlərə kölgə salmamaq, tarixi danmamaq şərti ilə dövlətin, millətin gələcək firəvanlığı naminə səyləri birləşdirməyi, barış, bərabərliyin bundan sonra da qorunmasını mühüm amil kimi qarşıya qoydular.

 

44 günük müharibədə qazanılan zəfərin məhz milli birliyin əsasında gerçəkləşdiyini qeyd edən siyasilər millət, dövlət naminə bu yolda davam etməyi əsas vəzifə kimi önə çəkdilər.

 

Əslində siyasi partiyalar AMİP-in 30 illik fəaliyyətlərində öz paylarının olduğunu qeyd etmiş oldular.

 

 

 

Qeyd edək ki, AMİP-in 30 illik yubleyində bir neçə media nümayəndələri də iştirak edirdilər. İmkan tapıb AMİP-in sədri Arzuxan Əlizadə ilə xatirə şəkli də çəkdirdilər.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ