Naxçıvanda Qadın İnkişaf və Müəssisə Qrupları yaradılacaq

16:28 24-05-2023 | icon 325 | Cəmiyyət
Naxçıvanda Qadın İnkişaf və Müəssisə Qrupları yaradılacaq

Azərbaycan Kənd Qadınları Assosiasiyası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 2018-ci ildə fermer və sahibkar qadınların regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək üçün yaradılıb. Təşkilatın əsas fəaliyyəti “Qadın Özünə-kömək Qrupu” modeli əsasında kollektiv qadın bizneslərinin yaradılması, şaxələndirilməsi və onların davamlı olması üçün kənd qadınlarının bacarıqlarının artırılmasından ibarətdir. Assosiasiya hal-hazırda fəaliyyət göstərdiyi 23 rayonda 56 Qadın İnkişaf və Müəssisə Qrupu və 12 İstehsal-İstehlak Qadın Kooperativlərinin yaradılmasına nail olmuşdur.

 

“Biz Naxçıvanın zəhmətkeş, təşəbbüskar və bacarıqlı kənd qadınlarının müraciətini nəzərə alaraq öz fəaliyyətimizi bu regionda da davam etdirməyi düşünürük.” Bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bildirib.

 

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Muzeyinə baxış keçirilib.

 

Ulu öndərin abidəsi və Heydər Əliyev Muzeyinə baxış keçirildikdən sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib. Komitənin sədri Ramilə Seyidova qeyd edib ki, kənd təsərrüfatı sahəsi üzrə qadınların məşğulluğunun təmin olunmasında komitə olduqca maraqlıdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vasitəsi ilə 2019-2022-ci illər ərzində 4 layihə icra olunub, 200-ə yaxın qadına sərmayə kapitalı verilib. Sərmayə alan qadınların 70 faizdən çoxu öz biznesini kənd təsərrüfatı sahəsi üzrə qurub.

 

Ramilə Seyidova bildirib ki, ötən günlərdə Bakı Ekspo Mərkəzində keçirilən XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgilərində naxçıvanlı qadınların da istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların təqdim etdiyi orqanik məhsullara maraq böyük olub.

 

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova qurumun fəaliyyəti, yaradılan Qadın İnkişaf və Müəssisə qrupları haqqında məlumat verib, Naxçıvanda da bu sahədə mühüm işlərin görüləcəyini bildirib. Görüş zamanı Özəl Sektorun İnkişafı Layihəsinin dəstəyi ilə ərsəyə gələn, 50 Qadın İnkişaf və Müəssisə Qrupu haqqında ətraflı məlumatların yer aldığı “PIÇILTILARDAN SƏSLƏRƏ...” adlı kitab kataloqu və eyni zamanda kənd qadınlarının əhəmiyyətli yer aldığı “Qadınların Milli Bisnes Gündəliyi” platforması haqqında da geniş məlumat verilib.

 

Hər iki tərəf Naxçıvanda yaradılacaq Qadın İnkişaf və Müəssisə Qruplarının kənd qadınlarının həyatına gətirəcəyi müsbət dəyişikliklər, onların öz ailələrinə iqtisadi dəstək göstərməsi imkanlarının genişlənməsi, qadınların sosial mühitə inteqrasiyası və s. barədə yüksək fikirdə olduqlarını bildirib.

 

Görüş iştirakçıları Azərbaycan Kənd Qadınları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və hər iki qurumun dəstəyi ilə fermer və sahibkar qadınların kollektiv bizneslərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ