Prezident ilə görüşən laçınlı nənə danışdı

18:04 29-05-2023 | icon 275 | Cəmiyyət
Prezident ilə görüşən laçınlı nənə danışdı

“Bu, mənim ən böyük arzum idi”

 

“Sevincimin həddi-hüdudu yox idi”.

 

Bu sözləri ötən gün doğma yurduna qayıdan, Prezident ilə görüşən, Laçın şəhər sakini 78 yaşlı Ruqiyə Xəlilova Oxu.Az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, dünən ən böyük arzusu həyata keçib:

 

“Dünən çox əlamətdar oldu. Həm Müstəqillik Günümüzü qeyd etdik, həm də doğma yurdumuza - Laçına qayıtdıq. Bundan gözəl nə ola bilərdi ki... Digər bir sevincim isə şəxsən Prezidentimiz İlham Əliyev ilə görüşməyim oldu. Bu, mənim ən böyük arzum idi. O da həyata keçdi.

 

Öz doğma yurd-yuvasına qayıdanların sevincinin həddi-hüdudu yox idi. Biz doğma ata-baba yurdumuza qayıtdıq. Prezidentimiz də sevincli idi. Bu, onun gərgin əməyinin, güclü siyasətinin nəticəsi idi. 44 günlük müharibədə əldə etdiyimiz qələbə bütün dünya ölkələri arasında güclü olmağımızı bir daha göstərdi”.

 

R.Xəlilova Laçından sonuncu dəfə 1992-ci ildə çıxdığını qeyd edib:

 

“Biz çox həyəcanlı idik. Mən Laçından 1992-ci ildən çıxmışam. O zamanlar 47 yaşım var idi. İndi 78 yaşım var. 31 il sonra doğma elimə qayıtmaq qismət oldu. Dünənki gün çox xoşbəxt idim. İtirdiklərimizə görə kədərlənirəm. Çoxlu şəhid vermişik. Onların da ruhu şaddır. Mən nə vaxt Bakıya qayıtsam, Laçının torpağından aparıb doğmalarımın qəbrinin üzərinə tökəcəyəm.

Hazırda Laçındayıq. Öz evimizdəyik. Çox gözəl ev ilə təmin olunmuşuq. Evdə üç nəfərik. İki nəvəm, bir mənəm. Özüm də 46 il ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmişəm”.

 

Ruqiyə Xəlilova sevincini Prezidentlə bölüşməyindən də bəhs edib:

 

“Çox sevincli idim. Sevincimi cənab Prezident İlham Əliyev ilə bölüşdüm. O, mənə qucaq açdı. Mən də ona sarıldım. Ona uzun ömür arzu etdim.

Dünən daha bir əlamətdar gün oldu. Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi. Biz bir millət, iki dövlətik. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hər zaman yanında olub. O, hər zaman Prezident İlham Əliyevin doğma qardaşı olduğunu isbat edib. Qürurvericidir.

Şükür ki, Rəcəb Tayyib Ərdoğan da prezident seçildi. Allah hər ikisini qorusun. Həmişə belə şən günlərdə qoşa dayansınlar. Hər iki dövlətin bayrağı qoşa dalğalansın. Bütün türk dünyasına xoşbəxtlik, sülh və əmin -amanlıq arzu edirəm”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Azərbaycanda 10 min illik SİRLİ TƏSVİR

Qondarma “azərbaycanlı dəstəsi”ndən XƏBƏR VAR

ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Haşim Səfiuddin öldürülüb?

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT